Konfrans Liqası tarixində ən böyükhesablı qələbə: Çelsi Emənistanın Noa komandasına 8 qol vurdu
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Konfrans Liqasının Liqa mərhələsinin oyununda İngiltərənin "Çelsi" klubu Ermənistanın "Noa" komandasına 8:0 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, görüş Londonda baş tutub. Qolları Tosin Adarabioyo (12-ci dəqiqə), Mark Qiu (13), Aksel Disasi (18), Joau Feliks (21, 41), Mixail Mudrik (39) və Kristofer Nkunku (69, 76 penaltidən) vurublar.
"Çelsi" Konfrans Liqası tarixinin ən böyük qələbəsini qazanıb. Əvvəllər bu nailiyyət 2023-cü ilin oktyabrında qrup mərhələsində Bolqarıstanın "Ludoqorets" klubuna 7:1 hesabı ilə qalib gələn Danimarkanın "Norşellan" komandasına məxsus idi.
Digər qarşılaşmalar aşağıdakı nəticələrlə bitib:
"Vikinqur" (İslandiya) - "Borats" (Bosniya və Herseqovina) 2-0
"Gent" (Belçika) - "Omoniya" (Kipr) 1-0
"Legiya" (Polşa) - "Dinamo" (Minsk, Belarus) 4-0
HJK (Finlandiya) - "Olimpiya" (Sloveniya) 0-2
"Şemrok Rovers" (İrlandiya) - TNS (Uels) 2-1
"Petrokub" (Moldova) - "Rapid" (Avstriya) 0-3
TSK (Serbiya) - "Luqano" (İsveçrə) 4-1
Pafos (Kipr) - "Astana" (Qazaxıstan) 1-0
"Çelsi" (İngiltərə) - "Noa" (Ermənistan) 8-0
"Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) 2 - 2
LASK (Avstriya) - "Serkl Brügge" (Belçika) 0-0
"Betis" (İspaniya) - "Seyle" (Sloveniya) 2-1
"Yurqorden" (İsveç) - "Panatinaikos" (Yunanıstan) 2-1
APOEL (Kipr) - "Fiorentina" (İtaliya) 2-1
"Vitoriya" (Portuqaliya) - "Mlada Boleslav" (Çexiya) 2-1
"Harts" (Şotlandiya) - "Haydenhaym" (Almaniya) 0-2
"Yagelloniya" (Polşa) - "Molde" (Norveç) 3-0
"Larne" (Şimali İrlandiya) - "Sankt-Qallen" (İsveçrə) 1-2
Qeyd edək ki, Konfrans Liqasında IV tura noyabrın 27-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Noyabr 2024 02:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















