Konor Makqreqor: “Bəli, Con Cons mənimlə Ağ Evdə döyüşməlidir”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
37 yaşlı keçmiş ikiqat UFC çempionu (66 və 70 kq çəki dərəcələrində) Konor Makqreqor amerikalı döyüşçü Con Consun Ağ Evdə keçiriləcək UFC turnirində iştirak edib-etməməsi ilə bağlı suala qısa cavab verib.
İdman.biz xəbər verir ki, irlandiyalı ulduz bu barədə "SecondsOut" yutub kanalına müsahibəsində danışıb:
"Sizcə, Cons da sizinlə birlikdə Ağ Evdə baş tutacaq UFC turnirində iştirak etməlidirmi?" sualına Makqreqor "bəli" deyərək fikrini bildirib.
Xatırladaq ki, 38 yaşlı Cons 2008–2024-cü illərdə peşəkar səviyyədə çıxış edib. Onun hesabında 28 qələbə, 1 məğlubiyyət və nəticəsiz elan olunan 1 döyüş var. Bir çox mütəxəssislər və idmançılar onu qarışıq döyüş növləri tarixinin ən böyük döyüşçüsü hesab edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Sentyabr 2025 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















