Konqres Rusiyanın 300 milyard dollarlıq aktivlərinin Ukraynaya verilməsini istəyir
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
ABŞ Konqresinin hər iki partiyadan olan üzvləri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsini tələb edirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” yazır.
Belə ki, Respublikaçı və Demokratik partiyaları təmsil edən bir qrup ABŞ senatoru ABŞ prezident administrasiyasını 300 milyard dollardan çox dondurulmuş Rusiyanın bütün aktivlərini müsadirə etməyə və Ukraynaya kömək üçün istifadə etməyə çağırıb.
Agentlik senatorların ABŞ-ın dövlət katibi Marko Rubioya göndərdiyi məktuba istinad edir.
İndiyədək Vaşinqton Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən Kiyevi dəstəkləmək üçün istifadə edib.
Senatorları həm də Ağ Evin “müharibəyə son qoymaq üçün Rusiyaya təzyiqi artırmaq üçün” hansı maliyyə alətlərindən istifadə etməyə hazır olduğu maraqlandırır.
Məktubu respublikaçılar Todd Yanq və Lindsi Qrem, demokratlardan isə Riçard Blumental və Tim Keyn imzalayıb. Reuters-in qeyd etdiyi kimi, məktub yüksək vəzifəli respublikaçıların açıq şəkildə Moskva ilə daha sərt əlaqələrə can atmasının nadir nümunəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 25 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















