Icma.az
close
up
RU
Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya maddi və hərbi yardım kimi verilməsini Rusiya qəbul etməyəcək

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya maddi və hərbi yardım kimi verilməsini Rusiya qəbul etməyəcək

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"The Economist" jurnalına görə, Ukraynanın ordusunu silahlandırmaq və iqtisadiyyatını dəstəkləmək üçün növbəti dörd il ərzində (2026-2029) təxminən 389 milyard dollar maliyyələşdirməyə və silahlara ehtiyacı olacaq. Qeyd olunur ki, bu, Kiyevin 2022-ci ilin fevral ayından bəri aldığı 206 milyard dollardan təxminən iki dəfə çoxdur ki, bunun da təxminən 133 milyard dolları ABŞ-ın payına düşür. "The Economist"in vurğuladığı kimi, hazırkı ABŞ administrasiyasının Ukraynaya maliyyə yardımı ilə bağlı şübhələri nəzərə alınmaqla, bu xərclər əsasən qalan NATO üzvlərinin üzərinə düşəcək və onlar bu maddəyə xərclərini ÜDM-nin 0,2%-dən 0,4%-ə qədər artırmalı olacaqlar. Məqalədə deyilir: "Avropanın bu çətinliyin öhdəsindən gəlib-gələ bilməyəcəyi, onun Amerikaya (və ya Çinə) güvənmədən xarici siyasətdə öz maraqlarını həyata keçirmək qabiliyyətinə aid olan "strateji muxtariyyət"ə olan istəklərini sınağa çəkəcək". Rusiya tərəfi dəfələrlə qeyd edib ki, Kiyev rejiminə silah göndərilməsi münaqişəni yalnız uzadır.

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əsas məsələ bu qədər böyük məbləğin necə hesablanmasıdır. Politoloqun fikrincə, bu qədər məbləği Ukraynaya heç kəs verməyəcək: “Tramp indiyə qədər verilən şişirdilmiş məbləğin - 500 milyard dolların qarşılığını istəyirdi. Daha sonra Zelenski ona cəmi 100-200 milyard gəlib çatdığını dedi. Bu da o deməkdir ki, həqiqətən Ukraynaya növbəti 100 milyard dollarlıq müharibə aparmaq üçün ən azı 300-400 milyard dollar vəsait lazımdır. Bu, təkcə Ukrayna silah və hərbçi kimi yox, eyni zamanda Ukraynada öz ehtiyaclarını ödəmək üçün lazımdır.

Ukrayna faktiki olaraq süquta uğramış dövlətdir. Ona görə də Ukraynada olan əhalinin maaşları, pensiyalar, təqaüdlər, ictimai xərclər, büdcənin xərcləri və s. bunun içərisindədir. Faktiki Ukrayna büdcəsinə hər hansı bir gəlir cəlb olunmur. Belə olan təqdirdə, Ukraynanın başqa yerdən bu gəlirləri əldə etmək imkanı da yoxdur”.

Turab Rzayev

Politoloq bildirib ki, Donald Tramp adminsitrasiyası hakimiyyətdə olduğu müddətdə belə bir vəsaiti vermək fikri olmayacaq.

“Donald Tramp ümumiyyətlə yardımlarI dayandırıb. Avropanın ABŞ-dan silah alıb Ukraynaya göndərməsini istəyir. Avropa İttifaqının bu qədər vəsaiti yoxdur. Çünki Almaniya sıxıntı çəkir. Gələn il Ukraynaya büdcədən cəmi səkkiz milyard ayıra bilib. Fransanın özünün sosial problemləri var. Britaniya bu qədər vəsait ayıra bilməz. Bunu onu göstərir ki, Ukrayna müharibəni davam etdirməkdə çox çətinliklərlə üzləşəcək. Burada yeganə çıxış yolu Rusiyanın aktivlərin dondurulmasıdır. İndiyə qədər Rusiyanın dondurulmuş aktivlərinin faizləri Ukraynaya göndərilirdi. Bundan sonra Rusiyanın dondurulmuş aktivlərinin özü müsadirə oluna bilər. Rusiyanın beş milyard dollara yaxın aktivi var və bu müsadirə olunub Ukraynaya verilərsə, bu müharibəni daha dörd il davam etdirə bilər”-deyən politoloq bildirib ki, Rusiya bununla razılaşmayacaq, hətta Donald Tramp belə buna razı olmamışdı.

Turab Rzayev hesab edir ki, Ukraynaya Rusiyanın aktivlərindən formalaşdırılan irimiqyaslı maddi və hərbi yardım Rusiya üçün nüvə müharibəsinə başlamaq üçün bir səbəbdir: “Rusiyanın bütün aktivləri, bütün varidatı, bütün qazancı Qərbdədir. Rusiya bunu rahat şəkildə dondurub, başqa ölkəyə verilməsinə razı olmayacaq. Nə Avropa, nə ABŞ açıq şəkildə bu qədər vəsaitin altına girməyəcək və bu da Ukraynaya lazımi yardımın çatmayacağı deməkdir. Ola bilər ki, Tramp administrasiyasında dəyişikliklər oldu və ABŞ-ın dondurulmuş aktivlərlə bağlı danışıqlarda iştirak etdiyini gördük. Ya da Qərb ümid edə bilər ki, Donald Tramp növbəti seçkidə uduzacaq və Avropa borclanıb bu pulu ödəyə bilər. Növbəti seçkidə demokrat bir namizədin gələcəyini ümid edə bilərlər ki, həmin borcları qaytarar və ABŞ Ukrayna müharibəsini maliyyələşdirə bilər”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri