Icma.az
close
up
RU
Konqresmenlərin “canfəşanlığı”, Ermənistanın uçuruma sürüklənməsi ŞƏRH

Konqresmenlərin “canfəşanlığı”, Ermənistanın uçuruma sürüklənməsi ŞƏRH

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Son iki ilə yaxındır ki, heç bir vasitəçinin iştirakı olmadan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında daha ciddi uğurlar əldə edilib. Artıq tərəflər şifahi şəkildə sülh sazişinin bütün müdəalarında razılıq əldə edib. Hazırda bölgədə dayanıqlı sülhün təmin edən detalların həlli istiqamətində müzakirlər getməkdədir. Dayanıqlı sülühn əldə edilməsində də tərəflər arasında müəyyən anlaşma mövcuddur. Artıq İrəvan tərəfi də anlamağa başlayır ki, Bakının şərtlərindən kənar istənilən variant iflasa məhkumdur. İyulun 10-da Əbu-Dabidə üçüncü tərəfin iştirakı olmadan keçirilən təkbətək və geniş tərkibli görüşün nəticələri bunu deməyə əsas verir. Vasitəçisiz görüşlərdə sülh danışıqlarında irəliləyişlərin əldə edilməsi təbii ki, Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlı olmayan, xüsusən də erməni lobbisinin təsiri altında olan anti-Azərbaycan gücləri naraht edir və onlar prosesi pozmaq üçün ən müxtəlif təxribatçı hərəkətlərə əl atırlar.
ABŞ-dan olan 87 konqresmenin ermənilərin Qarabağa qayıtmasına dəstək verməsi barədə Prezident Donald Trampa müraciəti  hansısa humanitar məqsədlərə deyil, bölgədə hər vəchlə süni gərginliyin və yenidən münaqişə ocağının yaranmasına xidmət edir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki,  ermənipərəst konqresmenlərin Ermənistan-Azərbaycan münaqişəsində dırnaqrası aktiv fəaliyyəti  hamıya bəllidir. “Hələ 80-ci illərin sonunda erməni lobbisinin təsiri altında olan bir qrup amerikalı konqresmenin Azərbaycana qarşı qərəzli mövqe tutan SSRİ rəhbərliyinə müraciəti, 1992-ci ildə ABŞ Konqresinin  “Azadlığa dəstək aktı” deyilən sənədə 907-ci düzəlişi qəbulməsində oynadığı  hamıya bəllidir. Bu qüvvələr Co Bayden administrasiyası zamanı da aktiv idi. Lakin Donald Trampın  yenidən prezident seçilməsindən sonra  bir müddət sakit dayansalar da, İrəvanla Bakı arasında sülh danışıqlarında əldə edilən razılşamlardan narahat olaraq yenidən “aktivləşməyə” başlayıblar. Məqsəd isə aydındır. 
Birincisi, cənab Prezident İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunda ABŞ prezidenti Donald Tramp haqqında, xüsusən də “Vaşinqton bataqlığı”nı qurutmaq barədə səsləndirdiyi erməni  lobbisini ciddi narahat etməyə başlayıb.

İkincisi, Trampın yenidən prezident seilməsindən sonra Vaşinqton-Bakı arasında münasibətlərində  yaranan müsbət tendensiyanın, xüsəsən də ABŞ və Azərbaycan prezidentləri arasındakı isti münasibətə kölgə salaraq ikitərəfli əlaqələrə mane olmaq;

Üşüncüsü, Azərbaycana təzyiq edib güzəştlərə vadar etmək.

Dördüncüsü, təbii ki, burada Ermənistan tərəfinin də marağı var. 

Lakin ermənipərəst  qüvvələr anlamalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallığı dəyişmək qeyri-mümkündür. Azərbaycan cənab Prezident İlham Əliyevin milli və dövlətçilik maraqlarına əsaslanan siyasəti ilə addım-addım hədəflərə nail olmaqdadır. Dünya, o cümlədən ABŞ-ın indiki rəhbərləyi də bu reallığı dərk edir və buna uyğun da siyasətini qurur. Hamı yaxşı anlayır ki, hər hansı ölkə Cənubi Qafqaz və Mərkəzi  Asiyada maraqlarını təmin etmək istəyirsə, o zaman  Azərbaycanın yaratdığı reallığa uyğun addım atmalıdır. 
Amerikalı konqresmenlər, ümumiyyətlə, Ermənistanın havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı bu cür təxribatçı cəhdlərin heç bir nəticəsi olmayacaq. Necə ki, indiydək bütün təxribatçı cəhdləri iflasa uğrayıb, bundan sonra iflasa uğrayacaq. İstər ermənipərəst olan amerikalı konqresmenlərin, istərsə də digər havadarların bu cür “aktivliyi” “canfəşanlığı” ermənilərin və Ermənistanın xeyrində deyil, əksinə, bu, erməniləri növbəti uçuruma və uğursuzluqlara sürükləyir. Əgər onlar doğrudan da Ermənistana dəstək verib ürək yandırmaq istəyirlərsə, o zaman erməniləri uçuruma yuvarlayan belə təxribatçı hərəkətlərdən əl çəkməlidirlər”.
Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyul 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri