Icma.az
close
up
RU
Moskvanın təlimatı və Əli Kərimlinin canfəşanlığı

Moskvanın təlimatı və Əli Kərimlinin canfəşanlığı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülən Əli Kərimlinin Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun üzvü yox, həm də planların icraçılarından olduğunu sübut etmək üçün xüsusi siyasi düstur həll etməyə ehtiyac yoxdur. 

AXCP sədri indiyə qədər bir qayda olaraq, istər siyasi, istərsə də ictimai əhəmiyyət daşıyan hər hansı məsələyə Rusiyanın mövqeyindən çıxış edərək münasibət bildirib. 

Kremlin siyasi direktivləri illər uzunu Azərbaycanda Ramiz Mehdiyevin rəhbəri və Əli Kərimlinin daxil olduğu “5-ci kolon” vasitəsilə həyata keçirlib. Moskvadan idarə olunan bu şəbəkə Rusiyanın maraqlarını milli və dövlət maraqlarından üstün tutub. 

Qeyd edilənləri isbat etmək üçün uzağa getmək lazım deyil.

Son bir ildə Azərbaycanla Rusiya arasında ən mübahisəli hadisələrdən birinə çevrilmiş AZAL-ın sərnişin təyyarəsinin Qroznı səmasında vurulması faktına nəzərə salmaq kifayətdir. Dekabrın 25-də Azərbaycan təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması nəticəsində 38 nəfər sərnişinin ölümünə səbəb olmuş faciənin bir ili tamam olacaq. 

Yaxın günlərdə Azərbaycanın mülki sərnişin təyyarəsinə qarşı törədilmiş terror aktı ilə əlaqədar yaradılmış istintaq komissiyası araşdırmaların nəticəsini elan edəcək. Lakin sərnişin təyyarəsinə “Pansir-S” raketi ilə atəş açıldığı, zədələnmiş hava gəmisinin bilərəkdən Rusiya hava məkanından çıxarılaraq qəzaya yönəldildiyi yalnız Azərbaycana deyil, bütün dünyaya məlumdur.

Elə buna görə də qəzadan az sonra bir çox ölkələr Rusiyaya hava uçuşlarını müvəqqəti olaraq dayandırdılar. Çünki bu faciə çoxlarını sarsıtmışdı və bütün dünya törətdiyi cinayətə görə hələ də məsuliyyətdən yayınan Rusiyanı qınayır. 

Ancaq Əli Kərimli Azərbaycan xalqının müasir tarixinə ən çox yaddaqalan faciəvi hadisələrdən biri kimi düşən bu qəzaya susmaqla münasibət bildirdi. Hətta düşmən dövlət olan Ermənistanın Baş naziri Nikol Paşinyan belə Azərbaycan dövlətinə və xalqına başsağlığı verdiyi halda, Əli Kərimli heç nə baş verməmiş kimi həmin ağır günlərdə sosial şəbəkələrdə populist çıxışlar hesabına reytinq axtarışına çıxmışdı. 

Ona görə ki, Əli Kərimli Rusiyanın əleyhinə danışmaq istəmirdi. Bu, “5-ci kolon”un siyasi-ideoloji xəttinin tələbi idi. Təyyarədə həlak olanların məzarları milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər kəsi birləşdirən müqəddəs məkana, and yerinə çevrilmişdi. Hamı təyyarədə həyatını itirənlərin məzarlarını ziyarət edir, qəsdən törədilmiş faciəyə görə Rusiyanı qınayırdı. 

Özünü “lider” adlandıran Əli Kərimli isə nə şəhid olan Azərbaycan vətəndaşlarının məzarını ziyarət etdi, nə də onların ailəsinə başsağlığı verdi. Səbəb tamamilə aydındır. 

Əli Kərimli Moskvaya bağlı siyasi reputasiyasını korlamaq istəmirdi. Xalqın gözündə onsuz da olmayan reputasiyasını hayına qalan Əli Kərimlidən bundan başqa hərəkət gözləməyə də dəyməzdi. Milli Şura kimi Rusiyadan bəslənən təşkilata faktiki sədrliyi də öz üzərinə götürən Əli Kərimli üçün Moskvanın sözü hər zaman təlimat xarakteri daşıyıb.  

Süleyman
 “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri