Konsertində yıxıldı, ayağı sındı
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda konserti zamanı bədbəxt hadisə ilə üzləşib.
Axşam.az xəbər verir ki, sənətçi “Gastro Afyon” festivalı çərçivəsində səhnəyə çıxıb. Konsertə fasilə verdiyi vaxt səhnədən enərkən pilləkəndən yıxılan Merveyə ilk müdaxilə hadisə yerində edilib. Daha sonra müğənni nəzarət məqsədilə xəstəxanaya aparılıb.
İstanbula qayıdan ifaçı səhhəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, ilkin olaraq problemin qolunda olduğu deyilsə də, əsas narahatlığın ayağında olduğunu bildirib.
“Konsertə fasilə verdiyim vaxt pilləkəndən yıxıldım. İndi İstanbula gəlmişik, öz həkimimizə gedirik. Qol deyilib, amma təəssüf ki, ayaqdır. Bacardığım qədər tez aranıza qayıtmağa çalışacağam. Qarşıdakı konsertlərim var” deyə, M.Özbey bildirib.
Baxış sayı:60
Bu xəbər 05 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















