Bakıda dayandırılan tikinti yenidən aparılır? Video
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hasarlanmış ərazidə 1 aya yaxındır ki iş gedir, amma nə tikildiyi sakinlərə tam bəlli deyil...
Bizim.Media xəbər verir ki, görüntülər paytaxtın Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi 101 ünvanındandır.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə ərazidə böyük ticarət mərkəzinin inşa ediləcəyi bildirilir. Sakinlər deyirlər ki, tikinti ərazisində hər hansı məlumatverici löhvə qoyulmayıb.
Ərazidən torpaq daşıyan yük avtomobillərinin isə müəyyən edilmiş hərəkət saatı məhdudiyyətlərinə məhəl qoymadan fəaliyyət göstərdiyi iddia edilir.
Tikintinin sifarişçisini, hansı sənədlər əsasında həyata keçirildiyini öyrənmək üçün Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, ərazi xüsusi mülkiyyətdir. Çıxarışı olduğu deyilən ərazinin sənədləri isə təqdim olunmadı…
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Noyabr 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















