Icma.az
close
up
RU
Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəddir ŞƏRH

Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəddir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Məlumdur ki, tarixi taleyini müstəqil müəyyən etmək, öz ərazisinə, sərvətlərinə sahib olmaq, milli-mənəvi dəyərlərini qoruyub yaşatmaq xalqımızın ən böyük arzusu olmuşdur. Azərbaycanın bərpa edilmiş dövlət müstəqilliyi və suverenliyi bu baxımdan xalqımızın milli mənlik şüurunun, ictimai-siyasi iradəsinin təntənəsidir. Qeyd edək ki, əsrlər boyu xarici müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin əvvəllərində dirçəldib itirdiyi dövlət müstəqilliyini 70 il sonra bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında ölkənin yeni Əsas Qanununun hazırlanması nəzərdə tutulsa da, həmin dövrdə daxili siyasi çəkişmələr, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü buna imkan verməmişdir. Müstəqilliyin ilk dövründə ölkə idarə-olunmaz vəziyyətdə idi. Ermənistanın genişlənən işğalçı siyasəti nəticəsində torpaqlarımız davamlı olaraq itirilirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində, demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında birbaşa əlaqə yarandı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz nicatını ölkəmizdən ayrı düşmüş Naxçıvanda xilaskarlıq və milli dövlət quruculuğunu uğurla gerçəkləşdirən ümummilli lider Heydər Əliyevi ölkədə hakimiyyətə dəvət etdi. Xalq öz xilasını və təminatlı gələcəyini yalnız dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin dərin zəkasında və yenilməz iradəsində görürdü. Məhz belə bir şəraitdə, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. Yeni Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli fərmanı ilə hər il noyabrın 12-sinin ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməsi qərara alındı.

Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində sonrakı dövrdə milli dövlətçilik ideyası sürətlə gerçəkləşdirildi, müstəqil Azərbaycan dövləti möhkəmləndirildi. Dövlətimiz dahi liderinin rəhbərliyi ilə yeni yüksək inkişaf mərhələsinə qədəm qoydu. Dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən irimiqyaslı islahatlar həyata keçirildi. Ümummilli lider Heydər Əliyev ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi quruculuq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının yenidən hazırlanması və digər bir sıra mühüm vəzifələrin öhdəsindən məharətlə gəldi. Ulu öndər yaxşı bilirdi ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir. Odur ki, böyük rəhbər xalqımıza tövsiyə edirdi: “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!”.

Qeyd edək ki, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19 - 20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Beləliklə, Əsas Qanunumuz daha da təkmilləşdirilməklə yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır.

Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.

Bəhruz İsgəndərov,

YAP Göygöl rayon təşkilatı üzrə “Göygöl Şərab Zavodu” Açıq Səhimdar Cəmiyyəti ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see305

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see217

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see196

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see161

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see141

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see135

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see132

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see130

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see129

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see129

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see127

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see126

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see124

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see124

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see120

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see117

Rusiya MN in keçmiş rəisinin əmlakına həbs qoyuldu

25 Avqust 2025 17:08see116

Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK

25 Avqust 2025 14:23see116

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see116

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri