Icma.az
close
up
RU
“Konstitusiya xalqın iradəsini əks etdirən əsas sənəddir” Yovan Canjiç

“Konstitusiya xalqın iradəsini əks etdirən əsas sənəddir” Yovan Canjiç

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Konstitusiyanın qəbul edilməsi hər bir ölkə üçün həm siyasi, həm də ictimai hadisədir. Çünki Konstitusiya dövlətin təşkili, hakimiyyət strukturu və idarəetmənin əsasını müəyyən edir". SİA xəbər verir ki, bunu Serbiya Milli Məclis sədrinin müavini Yovan Canjiç Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda deyib.

Yovan Canjiç çıxışında bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də cəmiyyətin tarixi, sosial-iqtisadi və mədəni xüsusiyyətlərini əks etdirən əsas vasitədir: “Konstitusiya dövlət orqanlarının fəaliyyətini tənzimləyir, vətəndaşların hüquq və azadlıqlarını qoruyur və dövlət idarəçiliyinin şəffaflığını təmin edir. Onun tətbiqi ölkənin tarixi, siyasi və sosial şəraitindən qaynaqlanır”.

O qeyd edib ki, müxtəlif ölkələrin Konstitusiyalarının təcrübəsi göstərir ki, bu sənədlər həm davamlılıq, həm də çevik dəyişiklik imkanlarına malik olmalıdır: “Məsələn, ABŞ Konstitusiyası uzunömürlüdür və əsas prinsipləri qorunmuşdur, İngiltərədə isə yazılı Konstitusiya mövcud olmasa da, hüquqi idarəetmənin əsası təmin olunur. Fransada isə Konstitusiyada daha çox dəyişikliklər edilmişdir”.

Canjiç vurğulayıb ki, Konstitusiya xalqın iradəsini əks etdirməli, bərabərlik və ədalət prinsiplərini qoruyaraq, ölkənin davamlı inkişafını təmin etməlidir: “Əsas olan odur ki, Konstitusiya vətəndaşların hüquqlarını qoruyur, milli və dini fərqlərə görə ayrı-seçkiliyə yol vermir və dövlətin sabitliyini təmin edir. Azərbaycan təcrübəsi göstərir ki, Konstitusiya yalnız qanun deyil, həm də xalqın inkişaf strategiyasının əsas sütunudur”.

O, çıxışının sonunda qeyd edib ki, bu gün Azərbaycanın siyasi və iqtisadi inkişafı, Konstitusiya prinsiplərinin uğurla tətbiqi ilə mümkün olmuşdur: “Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hüquqa əsaslanan idarəçilik nümunəsini yaradıb və vətəndaşları üçün təhlükəsiz və firavan cəmiyyət təmin edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri