Icma.az
close
up
RU
Konstitusiya quruluşunun və suverenliyin tam təmin edilməsi tarixi nailiyyətdir

Konstitusiya quruluşunun və suverenliyin tam təmin edilməsi tarixi nailiyyətdir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə 2025-ci il Prezident İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il müstəqil Azərbaycanın  ilk Konstitusiyasının (Əsas Qanunu) qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin 5-ci ildönümüdür.  Dövlətimizin başçısının  11 fevral 2025-ci il tarixində imzaladığı növbəti Sərəncamla respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib. Sənəddə ilin sonunadək müxtəlif istiqamətlərdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan mükəmməl Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikamızın tarixində dördüncü Konstitusiyasıdır.1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycanda Konstitusiya quruluşunun tarixi keçmiş SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, keçmiş SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci il aprelin 21-də qəbul edilmiş növbəti Əsas Qanun da əvvəlki konstitusiyalar kimi, keçmiş ittifaq Konstitusiyasına uyğunlaşdırılmışdı.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdı və verdiyi müdrik qərarlarla qısa müddətdə respublikamızda sabitliyi bərqərar etdi, ölkənin potensialını inkişafa istiqamətləndirdi. Uzun illərin dövlət idarəçiliyi təcrübəsinə malik olan Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş sovet respublikasının Əsas Qanunu ilə müstəqil Azərbaycanın yeni reallıqlarını uzlaşdırmaq və inkişafı təmin etmək əsla mümkün deyil. Beləliklə, Onun təşəbbüsü ilə müstəqil respublikamızın ilk Konstitusiyasının layihəsinin hazırlanmasına başlanıldı. 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Milli Məclis tərəfindən təsdiqləndi.

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya Konstitusiya layihəsinin hazırlandığı dövrdə bir neçə dəfə açıq müzakirələr keçirib. Müzakirələrdə Ulu Öndər müddəaların hər birinə şəxsən diqqət yetirib, mövqeyini bildirib və təkliflərini verib. Nəticədə, mükəmməl bir qanun layihəsi ərsəyə gəlib.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla hazırlanan Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Sənəd ölkəmizin hərtərəfli inkişafı üçün geniş hüquqi əsaslar yaradır. Burada demokratik cəmiyyət quruculuğu əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Belə ki, Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb.

Zamanın iti axarında qarşıya yeni çağırışlar çıxır. Ölkəmizdə də sonrakı mərhələdə yeni inkişaf səviyyəsinə uyğun olaraq bir neçə dəfə Konstitusiya islahatları həyata keçirilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Bu dəfə  Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik olunub. Növbəti referendum ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım idi. Yeni Konstitusiya islahatlarına uyğun olaraq Azərbaycanda vitse-prezidentlik institutu formalaşdırıldı. Artıq tarixə dönən 2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il oldu. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Hazırda respublikamızda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir.

Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla həyata keçirilən siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Dövlətimizin başçısı tərərfindən ümummilli hədfəflər müəyyənləşdirlir və milli güc qarşya qoyulan məqsədlərə çatılmasına səfərbər edilir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən əvvəlki mərhəədə ərazi bütövlüyümüzün təmin edilməsini ölkənin gündəliyinin mərkəzində saxlanılmasına nail oldu. Bu məqsədlə iqtisadiyyat gücləndirildi, müasir Ordu quruldu, vətənpərvər ruhlu gənclər yetişdirildi. Bütün bunlar da 2020-ci ildə apardığımız 44 günlük ədalətli müharibədə şanlı Zəfərimizi şərtəndirən əsas amillər qismində çıxış etdi.

Bununla belə, müharibə başa çatdıqdan sonrakı mərhələdə məğlub Ermənistanın üçtərəfli Bəyanatın şərtərini pozmaqla silahlı qüvvələrinin təxminən 15 minlik kontingentini ölkəmizin ərazisində  saxlaması qəbuledilməz idi. Separatçı rejimin nəzarətində olan ərazilərimizdə tez-tez təxribatlar törədilirdi. Bu, açıq-aşkar Konstitusiya quruluşunun, suverenliyin pozulması demək idi ki, Azərbaycan dövləti bununla barışa bilməzdi və barışmadı da. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.

Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı. Oktyabrın 15-də Prezident İlham Əliyev üçrəngli bayrağımızı, həmçinin Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində də ucaldıb.

Geniş əhatə dairəsinə malik Tədbirlər Planı

Ölkənin bütün ərazisində Konstitusiya quruluşunun və suverenliyin tam bərpa edilməsi tarixi nailiyyətdir. Bütövlükdə 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrin təşkil edir. Bu qələbələr tariximizdə əbədi qalacaq və həmişə də qürur mənbəyimiz olacaq.  Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Dövlətimizin başçısının təsdiqlədiyi Tədbirlər Planı geniş əhatə dairəsinə malikdir. Sənədə əsasən, Dövlət Suverenliyi Gününün və Konstitusiyanın qəbulunun 30 illiyinin geniş qeyd olunması, bununla əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur. İl ərzində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlər təşkil olunacaq. Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclasının keçirilməsi də Tədbirlər Planına daxildir.  Sənəddə  “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş forumların, konfransların, simpoziumların, dəyirm masaların, seminarların, müsabiqələrin, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, vətənpərvərlik mahnılarının (marşların) yazılması, beynəlxalq turizm sərgilərində Azərbaycan milli stendində “Konstitusiya və Suverenlik İli” haqqında məlumatların təqdim plunması nəzərdə tutulub. İl ərzində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, eləcə də diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəbləri tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlər təşkil olunacaq. Bundan başqa, ölkənin şəhər və rayonlarında davamlı olaraq ağacəkmə aksiyaları keçiriləcək.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1220

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see145

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see121

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri