Icma.az
close
up
RU
Suverenliyin, konstitusiya quruluşunun əzmkar keşikçiləri

Suverenliyin, konstitusiya quruluşunun əzmkar keşikçiləri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İlham Əliyev: Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar

Son illərdə Azərbaycanın dünyada artan nüfuzunun təsdiqi olaraq ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb. Respublikamızın ən yüksək səviyyədə təşkil etdiyi belə tədbirlərdə qlobal gündəliyin aktual məsələləri, yeni çağırışlar ətrafında müzakirələr aparılır, qabaqcıl təcrübələrin təqdimatları keçirilir və adekvat koordinasiyalı fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

Bugünlərdə Bakıda Heydər Əliyev Mərkəzində növbəti belə tədbir - “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilib. Xatırladaq ki, bundan əvvəl cari ilin may ayında Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində altıncı plenar iclası baş tutub. Ötən ilin sentyabr ayında isə respublikamız  Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransına və Ümumi Yığıncağına ev sahibliyi edib. Belə tədbirlərin ardıcıl qaydada paytaxtımızda təşkil olunması həm ölkəmizə artan inamın göstəricisidir, həm də ona dəlalət edir ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizədə prinsipial yanaşma sərgiləməsi və bu məqsədlə ölkəmizdə səmərəli hüquqi və institusional çərçivə yaradılması beynəlxalq səviyyədə yüksək dəyərləndirilir və ayrı-ayrı ölkələrin müvafiq qurumları bu təcrübədən yararlanmağa çalışırlar. “Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür”, - deyə Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bildirib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisədir

Ölkəmizdə 2025-ci il Prezident İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” elan edilib. Dövlətimizin başçısının  11 fevral 2025-ci il tarixində imzaladığı növbəti Sərəncamla respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib. Dövlət başçısının təsdiqlədiyi Tədbirlər Planı geniş əhatə dairəsinə malikdir. Sənədə uyğun olaraq ilin əvvəlindən bəri silsilə tədbirlər həyata keçirilir. Sentyabrın 22 -də Heydər Əliyev Mərkəzində “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın da “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutması əlamətdar hadisədir. Prezident İlham Əliyev bəhs olunan müraciətində 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin heç də təsadüfi olmadığını bildirib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu il biz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və tarixi Zəfərimizin 5 illiyini qeyd edirik.

Müstəqil Azərbaycan ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərpa edilməsinə və dövlət suverenliyinin tam təmin olunmasına gedən yolda bir sıra çətinliklərlə üzləşib. Əvvəla, ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan ciddi sınaq qarşısında qalıb. Xüsusilə də AXC - “Müsavat” iqtidarının bir illik hakimiyyəti dönəmində həyata keçirdiyi diletant siyasətin nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranıb. Yalnız 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan böyük siyasətçi Heydər Əliyevin titanik səyləri sayəsində müstəqilliyimizi qorumaq və ölkəni davamlı sabitliyə, inkişafa istiqamətləndirmək mümkün olub. Müstəqil Azərbaycanın ilk Konstitusiyası da məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunub.

Konfrans iştirakçılarına müraciətində Prezident İlham Əliyev ölkəmizin digər bir kədərli reallığını - təxminən 30 il ərzində qonşu Ermənistanın işğalçılıq siyasətinə məruz qaldığına da xüsusi diqqət çəkib. Azərbaycan xalqı və dövləti ölkə ərzisinin 20 faizinin təcavüzə məruz qalması, suverenliyimizin pozulması faktı ilə heç vaxt barışmayıb. Nəhayət, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan şanlı zəfərlər sayəsində ölkəmiz öz gücünə tarixi ədaləti və beynəlxalq hüququ təmin etməyə nail olub. “ 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu gün Azərbaycanın suverenliyi real səciyyə daşıyır. Ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq sırf milli maraqlar üzərində qurulan, müstəqillik və suverenlik prinsiplərinə əsaslanan daxili və xarici siyasət kursu həyata keçirərək ümummilli hədəflərinə doğru inamlı addımlar atır.

Milli prokurorluq orqanları ölkədə konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər

Son illərdə respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Dövlətin, şəxsən Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili, “ASAN xidmət”, “DOST” modellərinin tətbiqi vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Cari ildə isə dövlətimizin başçısı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında Fərman imzalayıb. Eləcə də Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Fərmanına uyğun olaraq istifadəyə verilmiş “Elektron prokurorluq” informasiya sisteminin texniki və funksional imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, bir sıra digər dövlət informasiya resursları ilə inteqrasiya təmin edilib.

Aparılan islahatların və prokurorluq orqanlarının əzmkar fəaliyyətinin nəticəsidir ki, ölkəmizdə korrupsiya və digər neqativ halların əhatə dairəsi getdikcə daralır. “Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri