Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edildi

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib.

Pravda.az xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən tədbir 26 media nümayəndəsinin iştirakı ilə gerçəkləşib.

Tədbirin açılışında iştirakçıları salamlayan İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. O, qeyd edib ki, ötən illərdə bir sıra xəbər portallarında paylaşılan xəbərlər insan hüquqlarının pozulmasına dair monitorinq edilib və bununla bağlı İnstitut tərəfindən iki hesabat hazırlanıb. Eyni zamanda əldə olunan nəticələrdən sonra media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda təlimlər də təşkil olunub.

V.İbayev bildirib ki, hazırda üçüncü media monitorinq hesabatı üzərində işlər aparılır və media nümayəndələri üçün növbəti maarifləndirici təlimin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli də çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb. O, bildirib ki, bu dövrdə hüquq və azadlıqların, Konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas məsuliyyətlərindəndir.

N.Məmmədli həmçinin medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini də vurğulayıb.

Tədbirin davamında İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər. Bununla yanaşı mədəni, təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, ekoloji, mülki və siyasi hüquqlarla bağlı məsələlər də müzakirə olunub.

Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see177

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see139

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see113

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see112

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri