Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə səhiyyə, hüquq və ictimai sahələrdə çalışan mütəxəssislər iştirak etmiş, sağlamlığın hüquqi aspektləri və tibbin hüquqi çərçivədə inkişafı mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Dəyirmi masanın əsas məqsədi vətəndaşların sağlamlıq hüququnun Konstitusiya və qanunvericilik çərçivəsində təmin olunması, səhiyyə xidmətlərinə bərabər və ədalətli çıxış imkanlarının artırılması, habelə hüquqi və etik normaların tibb sahəsində tətbiqi ilə bağlı mövcud vəziyyətin və gələcək perspektivlərin müzakirəsi olmuşdur.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etmişdir ki, sağlamlığın qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O bildirmişdir ki, bu sahədə Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir. Ulu Öndər səhiyyəyə sadəcə bir xidmət sahəsi deyil, xalqın gələcəyinin təminatı kimi yanaşırdı. Onun rəhbərliyi dövründə səhiyyənin modernləşdirilməsi, yeni tibb müəssisələrinin tikintisi və tibbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılmışdır.

Gülarə Verdiyeva həmçinin vurğulamışdır ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət sistemli şəkildə davam etdirilir. Regionlarda tibbi xidmətlərin keyfiyyəti artırılmış, müasir xəstəxanalar və modul tipli tibb müəssisələri istifadəyə verilmiş, elektron səhiyyə və rəqəmsallaşma sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. İcbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq edilərək əhalinin tibbi xidmətə bərabər çıxışı təmin edilmişdir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsinə yönəltdiyi genişmiqyaslı sosial layihələr isə xüsusi diqqətə layiqdir. Onun təşəbbüsü ilə bir çox bölgədə yeni xəstəxanalar və müalicə mərkəzləri tikilərək əhalinin istifadəsinə verilmiş, eyni zamanda aztəminatlı ailələr, uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər və müharibə iştirakçıları üçün reabilitasiya və psixoloji dəstək proqramları həyata keçirilmişdir. Fondun “Hər uşaq sağlam doğulsun” layihəsi, nadir xəstəliklər və onkoloji xəstəliklərlə bağlı müasir yanaşmalar ölkədə səhiyyənin humanist əsaslar üzərində qurulduğunu göstərir.

Tanınmış alim və mütəxəssislər – Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov, Nəsimi rayon Məhkəməsinin hakimi Nail Abbasov, 1 saylı Uşaq Poliklinikasının baş həkimi Ayşən Lemberanskaya, vəkil Sima Yaqubova, 2 saylı Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova və  Qan Bankının şöbə müdiri Əntiqə Xankişiyeva da çıxış edərək sağlamlıq hüququnun təminində hüquqi mexanizmlər, maarifləndirmə, profilaktika və etik çərçivələrin əhəmiyyətindən danışıblar.

Tədbirdə vurğulanıb ki, gələcəyin səhiyyə sistemi yalnız texnoloji yeniliklərlə deyil, insan hüquqlarına söykənən güclü hüquqi və etik baza üzərində qurulmalıdır. Həkim peşəsi ədalət, vicdan və hüquq üçlüyü ilə birləşərək sağlam və hüquqlarını bilən cəmiyyətin formalaşmasında mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri