Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” MEK qarşısında da böyük vəzifələr qoyur

“Konstitusiya və Suverenlik İli” MEK qarşısında da böyük vəzifələr qoyur

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur.

1995-ci il noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq referendum yolu ilə qüvvəyə mindi. İlk Konstitusiya çoxəsrlik ənənələrimizə söykənərək, milli dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir və ölkəmizin milli sərvətidir. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov söyləyib.

H.Hüseynov bildirib ki, müstəqil və suveren dövlətə sahib olan ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dünyada yaşayan bütün azərbaycanlıları sevindirir, ölkənin digər qurumlarımda olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının da qarşısında mühüm vəzifələr qoyur: “Azərbaycanın ən zəngin və nüfuzlu kitabxanaları sırasında yer alan AMEA-nın Mərkəzi Elmi Kitabxanası balansında dünya xalqlarının 50-dən çox dilində 1 milyon 500 minə yaxın ədəbiyyatı mühafizə edir. Mərkəzi Elmi Kitabxana olaraq il çərçivəsində qarşımızda duran ən mühüm vəzifələrdən birincisi konstitusiyanın təbliği istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməkdir. Bu istiqamətdə Mərkəzi Elmi Kitabxanada bir sıra işlər görülür. Bunlardan birincisi ənənəvi və virtual kitab sərgiləridir. Həmin sərgilərdə il boyu konstitusiya, dövlətçilik, suverenlik və qanunvericiliklə bağlı ədəbiyyatlar nümayiş etdiriləcək. Həmin kitabların artıq virtual və ənənəvi formada sərgisi təşkil edilərək öz oxucusunun yolunu gözləyir”.

O qeyd edib ki, sərgidə 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilən Azərbaycan dövlətinin birinci Konstitusiyası və digər illərdə qəbul olunmuş konstitusiyalarla yanaşı, Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası, ölkənin əsas qanunu, ən yüksək hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının yeni Konstitusiyası, ümumxalq səsverməsində qəbul edilmiş dəyişikliklər, “Azərbaycan Respublikasının Cinayət hüququ”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya məhkəməsinin (plenumunun) Qərarları”, “Xarici ölkələrin Konstitusiya (dövlət) hüququ”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir” və digər nəşrlər nümayiş olunur. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası da sərgilənir.

Mərkəzi Elmi Kitabxananın direktoru deyib ki, cari ilin avqust ayında həm də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının yaradılmasının 100 yaşı tamam olur. Bu gün yeni islahatlar mərhələsinə qədəm qoyan MEK-in əsas hədəfləri sırasında “Elektron Kitabxana” konsepsiyası da mühüm yer tutur və kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir.

Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda həm də bir əsr yaşı olan kitabxana haqqında da il boyu eyniadlı sərgi nümayiş etdiriləcək. Hər ayın ilk iki iş günü keçirilən “Açıq qapı” günlərində MEK üzvü olmayan, ölkənin istənilən bölgəsindən, həmçinin xarici vətəndaşlar yaxınlaşaraq həm təşkil edilən sərgilərlə, həm də kitabxana ilə yaxından tanış olub, oxucu kartı da əldə edə bilərlər. Bu sərgilər kitabxananın rəsmi saytında da virtual formada izləyicisinə təqdim edilir.

“Tarixə qısaca nəzər salsaq, görərik ki, müstəqil və suveren ölkədə yaşamaq hər bir vətəndaşa nəsib olmur. Ölkəmiz Azərbaycan tarix boyu ən ağır cinayətlərə və işğallara məruz qalıb. Azərbaycan 30 ildən artıq müharibə şəraitində yaşayaraq torpaqları işğal altında qalan, suverenliyi və ərazi bütövlüyü pozulan ölkə olmasına baxmayaraq, mübarizə əzmi qırılmayan və daim inkişaf edən bir ölkəyə çevrilib.

2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfərdən sonra bir daha şahid olduq ki, 30 ildən sonra şəhidlərin qanı yerdə qalmadı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm Qələbə qazandı. Xalq öz Prezidentinin ətrafında yumruq kimi sıx birləşdi və öz suverenliyini bir daha bərpa etdi. Azərbaycan bütün dünyaya öz gücünü, birliyini, suveren olmaq istəyini yenidən bəyan etdi. Buna görə biz suveren Azərbaycanın xoşbəxt vətəndaşlarıyıq”.

“Bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bötövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa, yenidənqurma işləri, həyat və yaşayış üçün ən ümdə məsələ olan yeni infrastrukturun qurulması, həyata keçirilən digər hüquqi islahatlar və dövlət tərəfindən atılan digər bu kimi müsbət addımlar ölkənin getdikcə artan iqtisadi uğurundan xəbər verir. Tarixi torpaqlarımızın işğaldan azad olunması, dövlət tərəfindən bu ərazilərdə bərpa prosesinin başlanması, o torpaqların əsl sakinlərinin Böyük Qayıdış hərəkatı ilə öz doğma yurdlarına - Qarabağa qayıdışının uğurla davam etdirilməsi şəhid qardaşı və keçmiş məcburi köçkün ailəsi olaraq məni də qəlbən sevindirir. Bu münasibətlə dövlət başçısına dərin minnətdarlığımızı bildiririk.

Yaxşı ənənələrin müsbət davamı olur. Bu baxımdan bütün ömrünü xalqının xoş günlərinə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı, Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqın nümayəndəsi olan çoxsaylı elm adamının da rifah halının yaxşılaşması, insan hüquq və azadlıqlarının inkişafını diqqətdə saxlaması aparılan uğurlu siyasətin növbəti müsbət təzahürüdür.

Tam əminliklə qeyd etmək olar ki, təzə qədəm qoyduğumuz 2025-ci il ölkəmizdə dövlətçilik tariximizin yeni başlanğıc mərhələsinə çevriləcək və harada yaşamasından asılı olmayaraq, soydaşlarımızı bir amal ətrafında daha da sıx birləşdirəcək”, - deyə Hüseyn Hüseynov fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri