Icma.az
close
up
RU
Kontak Home razılıq olmadan müştəriyə əlavə ödənişlər tətbiq edib

Kontak Home razılıq olmadan müştəriyə əlavə ödənişlər tətbiq edib

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kontak Home mağazasından “Samsung A26” markalı telefon alan müştəri mağazanın satış prosesində şəffaflığa əməl etmədiyini iddia edir.

AzPost bildirir ki, müştəri sadəcə “qızıl zəmanət” xidmətinə razı olduğunu desə də, evə qayıtdıqdan sonra alqı-satqı müqaviləsində əlavə ödənişli xidmətlərin də daxil edildiyini öyrənib.

Şikayətdə qeyd olunur ki, telefon təxminən 630 manat dəyərində olub, lakin sənəddə göstərilən ümumi məbləğ bundan xeyli çoxdur. Müştərinin sözlərinə görə, telefon alındıqda əlavə xidmətlər və ya paketlər barədə məlumat verilməyib və alıcı da müqaviləni diqqətlə oxumadığı üçün sonradan əlavə ödənişlərin olduğunu evdə öyrənib.

Daha sonra mağazaya yaxınlaşaraq bu əlavələrin ləğvini tələb edən müştəriyə bildirilib ki, yalnız “qızıl zəmanət” silinə bilər, digər paketlər “paketə daxildir” adı ilə silinə bilməz. Alıcının fikrincə, bu, müştərinin hüquqlarının pozulmasıdır və xüsusilə məlumatlı olmayan vətəndaşlar bu şəkildə aldadılır.

Telefon və əlavə paketlər qaytarıla və ya ləğv oluna bilərmi?
Azərbaycan qanunvericiliyinə əsasən, istehlakçı malı aldıqdan sonra 14 gün ərzində malın istifadə edilmədiyi halda geri qaytarılması hüququna malikdir. Bu halda, əgər telefon istifadə edilməyibsə və ilkin vəziyyətini qoruyubsa, satıcı cihazı geri qəbul etməli və əlavə xidmətləri də ləğv etməlidir. Əks halda, bu, “İstehlakçıların Hüquqlarının Müdafiəsi” haqqında Qanunun pozuntusu hesab oluna bilər.

Ekspertlər bildirirlər ki, müştəriyə ödənişli xidmətlər barədə əvvəlcədən açıq məlumat verilməli və yazılı razılıq alınmalıdır. Əgər bu baş verməyibsə, müştəri müvafiq qurumlara – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və ya məhkəməyə müraciət edə bilər.

Kontak Home şikayətə cavab verərək bildirir ki, məsələ araşdırılır və müştəriyə geri dönüş ediləcək.

Bu cür hallarla qarşılaşan vətəndaşlara tövsiyə olunur ki, hər hansı müqaviləni imzalamazdan əvvəl onun şərtlərini tam oxusunlar və suallar yarandıqda satış məsləhətçilərindən yazılı izah tələb etsinlər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri