Icma.az
close
up
RU
Mexaniki sayğaclara əlavə ödənişlər vurulur AÇIQLAMA

Mexaniki sayğaclara əlavə ödənişlər vurulur AÇIQLAMA

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mexaniki sayğaca keçiləndən daha çox qaz pulu ödəyirik”, “karta pul vururuq, sayğaca “oturmur”, “hər ay məbləğ artır”, “borc yazılır qəbzə, hardandı bu, necə yığıldı, bilmək olmur”, “Saatlarda Asan Kommunal”da vaxt keçiririk”, “qəsdən smart sağyacları ləğv etdilər ki istədikləri qiyməti qəbzə yazsınlar”, “Problemi özləri yaradır, vətəndaş beszin, desin, gəlin mexaniki sayğac qoşun”... Narazılıq bildirən bu cür ifadələr sosial şəbəkələrdə doludur və ünvanı da “Azəriqaz”dır. Narazılıqlar bu ilin yanvar ayından daha da artdı. O zaman ki smart-kart tipli sayğaclar mexaniki sayğaclarla kütləvi şəkildə əvəzlənməyə başlandı. 21-ci əsrdə irəli getmək əvəzinə təkrar 20-ci əsrə qayıtdıq. “Azəriqaz” rəhbərliyi isə özünə əziyyət verib, abonentlərə bunun səbəbini hələ də izah etməyib. Onların “sayğqaclar hər 5 ildən bir yoxlanmaq üçün laboratoriyaya göndərilir”, açıqlaması isə sadəcə gülüncdür. Belə çxıır ki “Azəriqaz” dövlət büdcəsi hesabına ölkəyə idxal etdiyi milyonlarla smart-kart sayğaclarını 5 ildən bir yoxlayacaqdı deyə, köhnə mexaniki sayğacları da anbarda saxlyırdı, “dar gün üçün”. Yoxlama nə qədər davam edəcək, smart sayğaclara qayıdış olacaqmı, bunu da cavab verən yoxdur. 

Neftçilərin Hüquqlaının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, problem son 2 ildə pik həddə çatıb. Çünki cəzasızlıqır: 

– Cəzasızlıq cinayətin inkişafına təkan verir. Bu qanunauyğunluqdur. Heç kəs maraqlanmır ki, əhali niyə əziyyət çəkir, nədən əziyyət çəkir. Sayğacları dəyişməkdə məqsəd nədir? Mexaniki sayğaclarla smart tipli sayğaclar fərqlidir. Ən keyfiyyətli sayğaclar vaxtilə Azərbaycanın Fransadan aldığı smart tipli sayğaclar idi. Bu sayğaclara kənar müdaxilə imkanı sıfır idi. Müdaxilə etmək mümkün deyildi, əhalini aldada bilmirdilər. Mən sayğacdəyişmə əməliyyatında iştirak edənləri rəmzi olaraq “xüsusi təyinatlılar” adlandırıram. Yerli regional idarələrdə işləyən şəxslər vasitəyilə bilirəm ki, hansı proseslər gedir. Özüm də bu sahədə çalışmışam, problemləri bilirəm. “Azəriqaz”ın tabe olduğu qurum da reaksiya vermir. Halbuki müvafiq qurumlar tərəfindən proses nəzarətdə saxlanılaraq yoxlanmalıdır. Şöbələr, qurumlar var, prosesi yoxlamalıdırlar. Əgər yoxlanmırsa, abonentlərin çəkdiyi əziyyətə, şikayətlərə məhəl qoyulmursa, deməli, onlar da bu prosesdə maraqlıdır. Mexaniki sayğaclara əlavə ödənişlər vurulur, hansısa vasitələrlə. Smart sayğacların mexaniki ilə əvəzlənməsi və əsaslı səbəb göstəirlməməsi bu sahədə korrupsiya olduğu ehtimalını gücləndirir. Proseslərin içində bəlkə də yüksək vəzifəli hansısa şəxs var, baş verənləri görür, amma susur. Deməli, maraqlı qrup var burada. Onlar üzə çıxarılmalı, vətəndaşlara da açıq məlumat verilməlidir.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Aprel 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri