Icma.az
close
up
RU
Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? SİYAHI

Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? SİYAHI

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycanda hərbi qulluqçulara aylıq maaşlardan əlavə müxtəlif pul təminatı növləri verilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu əlavələr 1992-ci il yanvarın 1-də müəyyən edilmiş faiz miqdarı normaları məbləğində hesablanır.

Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən aşağıdakı pul təminatı növləri təsdiq edilib:

- zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi;
- bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;
- elmi ad və elmi dərəcə üçün faiz əlavəsi;
- kursant vəzifəsi üçün əlavə;
- paraşütlə tullanmaq üçün pul mükafatı;
- dalğıc işləri üçün pul mükafatı;
- hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
- hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
- hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı;
- dənizçilər üçün pul təminatı;
- döyüş növbətçiliyində olanlar üçün pul mükafatı;
- qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı;
- müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı;
- şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi;
- xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi;
- gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti;
- hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım;
- Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi;
- hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri;
- xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri;
- gündəlik və mənzildə yaşamaq xərcləri;
- səhrada (çöldə) xidmətetmə pulu;
- ev kirayəetmə pulu.

Qeyd edək ki, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və yuxarıda nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir./Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Mart 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri