Icma.az
close
up
RU
Kontakt Home vətəndaşa qüsurlu notbuk satdı

Kontakt Home vətəndaşa qüsurlu notbuk satdı

Icma.az, Azpost saytına istinadən bildirir.

Bakı şəhərində yaşayan vətəndaş S.N. mart ayının sonunda “Kontakt Home” mağazalar şəbəkəsinin Nərimanov filialından kredit yolu ilə notbuk və bir neçə aksesuar alıb. Satışdan cəmi 5 gün sonra texniki problemlər səbəbilə notbuk və maus mağazaya qaytarılsa da, onun qarşısına 380 manatlıq “xidmət haqqı” borcu qoyulub.

Vətəndaş bildirir ki, aldığı “Huawei Matebook D16” markalı noutbuk istifadəyə verilən ilk gündən qızıb və işləmə zamanı donub. Bu səbəbdən məhsulu mağazaya qaytarmaq istəyən alıcıya bildirilib ki, notbuk yüklənmiş proqramlara görə “ödəmə borcu” var. Ən təəccüblüsü isə budur: alıcıya həmin proqramların ödənişli olması barədə əvvəlcədən heç bir məlumat verilməyib, heç bir yazılı razılıq alınmayıb. Mağaza əməkdaşları iddia edir ki, bu, onların daxili qaydasıdır və müştəri məhsulu qaytarsa belə, həmin məbləği ödəməlidir.

S.N. yalnız notbuk və mausu qaytarıb, digər iki aksesuar – qulaqlıqlar üçün olan ödənişi isə tam şəkildə həyata keçirib. Belə olan halda, vətəndaş hesab edir ki, kredit müqaviləsinə xitam verilməli və adında heç bir borc qalmamalıdır. Lakin “Kontakt Home”un sistemində alıcının adına əsassız şəkildə borc yazılmaqda davam edir.

Daha bir ciddi pozuntu – vətəndaşa kredit müqaviləsinin imzalı və möhürlü nüsxəsi verilməyib. Alıcının dəfələrlə tələb etməsinə baxmayaraq, yalnız imzasız, adlar göstərilən bir şəkil şəklində sənəd təqdim olunub. Bu isə müştərinin öz hüquqlarını qorumaq imkanlarını faktiki olaraq əlindən alır. S.N. bildirir ki, mağaza işçiləri müqaviləni təqdim etməkdən imtina edərək deyiblər ki,  rəhbərlik buna icazə vermir. Bu isə istehlakçı hüquqlarının açıq-aşkar pozulmasıdır. Vətəndaş bu qanunsuzluqlarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edib. Lakin indiyədək heç bir nəticə əldə olunmayıb. S.N. ümidini Azad İstehlakçılar Birliyinə bağlayaraq, baş verənlərin ictimailəşdirilməsini və digər vətəndaşların da bu cür hallarla üzləşməməsi üçün maarifləndirmə aparılmasını xahiş edib.

“Heç bir xəbərdarlıq etmədən kompüterə lazımsız proqramlar yükləyirlər, sonra da onların pulunu müştəridən tələb edirlər. Bu, açıq şəkildə vətəndaşın etibarından sui-istifadədir.” – deyə o bildirir.

P.S “Kontakt Home” rəsmilərinin mövqeyini dinləməyə hazırıq.

Musavat.com

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri