Konte: “Prezidentlə danışığımız həlledici oldu”
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Napoli”nin baş məşqçisi Antonio Konte klubun prezidenti Aurelio De Laurentis ilə müqavilənin uzadılmasından əvvəl baş tutan dialoqdan danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb. İtaliyalı mütəxəssis deyib:
“Biz vəziyyəti aydınlaşdırdıq, bu söhbət əsaslı və həlledici idi. O, səhvləri və ya heç olmasa düzəldilməsi vacib olan məsələləri anladı. Mənim klubla müqaviləm var və bu aydınlaşdırma əsas məqam idi. Qalan hər şey sadəcə şayiələrdir”.
Qeyd edək ki, Antonio Konte “Napoli”yə 2024-cü ilin yayında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda A Seriyasının 2024/25 mövsümünü 82 xalla birinci yerdə başa vuraraq çempion olub. “İnter” isə 81 xalla ikinci yeri tutub./Qol.az
Baxış sayı:89
Bu xəbər 21 İyun 2025 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















