Akayevin prezidentlə bağlı açıqlaması gündəm oldu
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu, Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin şəxsi fikridir, hakimiyyətin mövqeyi ilə heç bir əlaqəsi yoxdur.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Qırğızıstan prezidentinin müşaviri Çolponbek Abıkeyev Akayevin dövlət başçısı Sadır Japarova əlavə prezidentlik müddətinin verilməsinin vacibliyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, bu cür açıqlamaları həddindən artıq siyasiləşdirmək düzgün deyil:
“Bunu yalnız bir insanın şəxsi mövqeyi kimi qəbul etmək lazımdır. “Akayev dedisə, deməli belə olacaq” düşüncəsi ilə məsələni şişirtməyə ehtiyac yoxdur”.
Abıkeyev əlavə edib ki, yaxınlaşan prezident seçkilərində Sadır Japarovun yenidən namizəd olacağı gözlənilir, onunla yanaşı digər namizədlər də yarışa qatılacaq: “Kimin prezident olacağını xalq müəyyən edəcək. İndidən üçüncü müddət barədə danışmaq və məsələni gündəmə gətirmək yersizdir”.
Qeyd edək ki, Əsgər Akayev İssık-Kul Beynəlxalq Forumunun yubiley tədbirində çıxışı zamanı Sadır Japarova ölkəni idarə etmək üçün əlavə vaxt verilməsini təklif etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 20 İyun 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















