Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu il birinci sinifə qədəm qoyan birincilər arasında Əməkdar artist Könül Kərimovanın nəvəsi Dəniz də var.
BAKU.WS xəbər verir ki, bu barədə Kərimova sosial şəbəkə hesabında bildirib.
O, 6 yaşlı nəvəsi Dənizin fotolarını instaqram hesabında paylaşaraq bilik gününü təbrik edib.
"Mənim balaca işığım, dünyama gəldiyin gün hələ də dünən kimidir. Bu gün isə sən əlinə ilk qələmini alıb böyük bir həyata addım atırsan. Bu ilk dərs günün mübarək olsun. Hər zaman özünə inan, çünki sən düşündüyündən də güclü və ağıllısan. Yolun açıq, bəxtin gözəl olsun".
Qeyd edək ki, Dəniz Könül Kərimovanın qızı Ləman Kərimovanın övladıdır. Sənətçinin Rəşad adlı bir övladı da var.
Qalereya
Baxış sayı:144
Bu xəbər 15 Sentyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















