Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Könüllü Elcanın savaş hekayəsi

Könüllü Elcanın savaş hekayəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Vətən müharibəsindəki qələbədən 5 il ötməsinə baxmayaraq, hələ də şəhid adı gələndə ürəyi sızlayan, gözləri dolan analar, bacılar, gəlinlər var. Onların yalnız bir təsəllisi var: dövlətimiz Vətənin azadlığı, bütövlüyü uğrunda qurban gedənləri unutmur, onların ailələrini diqqətdə saxlayır. Bizim də borcumuz şəhidlik məqamına ucalan igidlərimizin həyatını, döyüş bacarığını işıqlandırmaqla belə ailələrə təskinlik verməkdir.

Bu gün tovuzlu şəhid Elcan Cəlilovdan söz açacağıq. O Elcan ki, 1996-cı il aprel ayının 27-də Tovuz rayonunda anadan olub. 2003–2014-cü illərdə A.Puşkin adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirəndən sonra arzuladığı ali məktəbə daxil ola bilmədiyindən həqiqi hərbi xidmətə yollanıb. Elcan Cəlilov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Tovuzluların qonşu Ermənistan dövləti tərəfindən dəfələrlə müxtəlif iriçaplı silahlardan atəşə tutulması digər həmyaşıdları kimi, Elcanda da erməniyə nifrət hissini alovlandırıb. Gənclər günün birində Qarabağın azadlığı uğrunda mübarizəyə başlayacaqları günü həsrətlə gözləyirlər. Nəhayət, o gün yetişir.

Elcan Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllülərin sırasında savaşa yollanır. Hər azad edilən kənd, şəhər onun ürəyində qələbə inamını möhkəmləndirir. İmkan tapdıqca valideynləri ilə telefon əlaqəsi yaradıb onlara tezliklə qələbə xəbəri verəcəyini deyirmiş. Atası Famil Cəlilovun bildirdiyinə görə, Elcan hər zəng vuranda azad etdikləri ərazilərin adını böyük sevinclə söyləyirmiş. Müharibənin ilk günündən döyüşdə olan Elcan Xocavəndin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə könüllü olaraq savaşıb. O, noyabrın 7-də Xocavəndin azadlığı uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub.

Öncə Familgilin qapısını Elcanın şəhid olduğu xəbəri döyür. Bir gün sonra isə Azərbaycan bayrağına bükülmüş tabutu hərbçilərin və döyüş yoldaşlarının əhatəsində doğulduğu evə gətirilir. Anası Güllü, qardaşı Amin və bacıları Nabatla Xanım tabutdakının Elcan olduğuna inanmaq istəmirlər. Ananın ağı dolu fəryadı ətrafa yayılır...

Torpağın üzü soyuq olur. Elcan Tovuz rayonunda Şəhidlər xiyabanında dəfn olunur. Elcan subay idi. Bəlkə də gəncin nakam qoyduğu gözaltısı vardı, kim bilir? Amma bildiyimiz o ki, Elcanın anası Güllü 5 ildir ki, hər cümə axşamı oğlu ilə görüşə gəlir. Ürəyindəkiləri onunla bölüşür, verdiyi suallara cavab ala bilmir, göz yaşları içində məzarı tərk edir. Hər gün otağın birində Elcana aid fotoların, əşyaların saxlandığı guşədə saatlarla oturur, sonra özünün dediyi kimi, təskinlik tapır...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Elcan Cəlilov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri