Icma.az
close
up
RU
Kor ölmuş gözə nur gətirən həkim

Kor ölmuş gözə nur gətirən həkim

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsan üçün sağlamlıq bütün nemətlərdən və dəyərlərdən qiymətlidir. Lakin bəzən bu gerçəyi unudur, səhhətimizə biganə yanaşır, vaxtsız xəstəlik, dərd-bəla tapırıq. Bu isə çox vaxt çətin müalicə olunan xəstəliklərə gətirib çıxarır. 

Mən özüm tibb işçisiyəm. Vaxtında həkimə getməyin, düzgün diaqnozdan sonra müalicə almağın sağlamlığın bərpası üçün nə qədər önəmli olduğunu yaxşı bilirəm. İl yarım əvvəl mənim də sağlamlığımda problem yarandı. Sol gözümdə görmə qabiliyyəti qəfildən zəifləyəndə dərhal həkimə müraciət etdim. Dərdimin çarəsi üçün üz tutduğum tanınmış göz həkimləri müalicə üçün dərmanlar yazırdılar. Amma müəyyən dövrdə gözümdə görmə qabiliyətim artsa da, təkrar zəifləmə yaranırdı. 

Beləliklə, 6 ay Bakıda bir çox  şəhər  xəstəxanalarında, özəl tibb ocaqlarında göz həkimlərinin qəbulunda oldum, onların müalicəsini aldım. Axırda gözümdə ağırlaşma və xəstəliyin şiddətlənərək korluqla nəticələnəcəyi diaqnozunu qoyub müalicə etməkdən imtina etdilər. Çəkinmədən “bu xəstəliyin müalicəsi yoxdur” deyənlər də oldu. 

Əlim hər yerdən üzüləndən sonra yaxın bir adamın məsələhəti ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gəldim. Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyevanın yönəltməsi ilə oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov gözümü yenidən müayinə etdi. Həkim yanlış diaqnoz qoyulduğunu və düzgün müalicə aparılmadığını bildirib, xəstəliyin səbəbini dərindən araşdırdı. O,  gözümdə naməlum virus səbəbindən nazik pərdə əmələ gəldiyini və əsaslı müalicəyə başladı. 

Həkimin məni təmənnasız müayinə etməsi, müalicənin yaxşı getməsi, irəliləyişin olması qəlbimdə ümid çırağı yandırırdı. 

Aylar ötür. Təyin olunan zamanlarda müayinələrə gedir, dərmanlar qəbul edir, gözümə iynələr vurulurdu. Müalicələrin nəticəsində görmə qabiliyyətimin yaxşılaşmasını hiss etsəm də, tam sağalmağıma inanmırdım. Müalicə xeyli uzansa da Qurban həkim səbr və diqqətlə gözümü virusdan da xilas etdi, kataraktanı da əməliyyatla aradan qaldırdı. 

Məni bir ilə yaxın təmənnasız müalicə edən, hər dəfə “mən sizi sağaldacam”– deyərək təsəlli verən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Oftolmalogiya şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Qurban İsmayılova hədsiz minnətdarlığımı bildirirəm. Gözünüzün nuru azalmasın, həkim. neçə-neçə xəstə sizin şəfqətli əllərinizə, dərman kimi məlhəm olan sözlərinizə möhtacdır. Çox sayda xəstəyə nur bəxş edən, “möcüzə” yaradan oftolmoloq alimə yeni uğurlar arzulayıram.

Xanım DADAŞOVA, 
“Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin böyük  tibb bacısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri