Icma.az
close
up
RU

Koreyalı professor: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə çox iddialı beynəlxalq konfrans təşkil edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 noyabr, AZƏRTAC

“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə inkişaf edən və inkişaf etməkdə olan ölkələrin “yaşıl keçid”ini dəstəkləmək üçün çox iddialı beynəlxalq konfrans təşkil edib. Bakıda keçirilən COP29 çox əhəmiyyətlidir, çünki keçid üçün lazım olan maliyyə müzakirə olunur”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29-un iştirakçısı, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun professoru Kim Sang-Hyup deyib.

Koreyanın sürətlə inkişaf etdiyini söyləyən Kim Sang-Hyup buna görə də onun sənayeləşmiş ölkələrdən biri olduğunu deyib: “Koreyanın artıq ətraf mühit məsələlərinə diqqət yetirməsinin vaxtıdır. Buna görə də Koreya 2008-ci ildən bəri “yaşıl məqsədlər”i bir nömrəli vacib məsələ kimi həyata keçirməyə çalışır. Koreya eyni zamanda, yüksək enerji tutumlu ölkədir. Yəni karbon intensiv sənaye strukturuna malikdir. Koreyanın iqtisadiyyatını karbonsuzlaşdırmağa ehtiyacı var və “yaşıl inkişaf”a, yaşıllığa doğru getdiyimiz müddətdə iqtisadi artıma güclü təsir etmək olar. COP29-un iki vacib gündəliyi var. Bunlardan biri beynəlxalq əməkdaşlığı və karbon emissiyasının azaldılmasını təşviq etmək üçün Paris Sazişinin o vacib altıncı maddəsini tamamlamaqdır. Demək olar ki, biz artıq bu məsələdə uğur qazanmaq üzrəyik. İkincisi böyük məbləğdə lazım olan maliyyənin ayrılmasıdır. Beynəlxalq təşkilatlar, bir çox ölkələr bu ambisiyaya nail olmaq üçün əllərindən gələni edirlər. Ümid edirəm ki, biz də bunu həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri