Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Ekspert: Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı planlar elan etməlidir AZƏRTAC

Ekspert: Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı planlar elan etməlidir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 22 noyabr, AZƏRTAC

Türkiyənin Bakıda elan etdiyi uzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ölkənin bu sahədəki potensialından istifadə etmək üçün yetərli deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Türkiyənin “Ekosfera” dərnəyinin İdarə Heyətinin üzvü Özgür Gürbüz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransın 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyə hakimiyyətinin iqlim dəyişikliyi ilə mübarizə planlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Ankaranın planları bərpaolunan enerji mənbələrinin (RES) gücünü artırmağa yönəlsə də, qazıntı yanacaqlarından imtina üçün dəqiq qrafiki nəzərdə tutmur.

“Ölkəmiz bərpaolunan enerji mənbələrinin və nüvə enerjisinin potensialından istifadəni artırmağa hazır olduğunu bəyan edir, eyni zamanda, qaz və kömür elektrik stansiyalarının fəaliyyətini davam etdirir. Bunun heç bir rasional izahı yoxdur. Əslində, ekoloji problemlər davam edəcək, enerji xərcləri isə artacaq”, - deyə Ö.Gürbüz bildirib.

O qeyd edib ki, Avropada hələ də kömürlə işləyən elektrik stansiyaları olan cəmi 5 ölkə qalıb ki, onlardan biri də Türkiyədir. Ekspert hesab edir ki, “Ankaranın kömür elektrik stansiyalarının bağlanması ilə bağlı konkret tarixləri açıqlamasının vaxtı çatıb”.

“Ekosfera” dərnəyinin nümayəndəsinin sözlərinə görə, Türkiyənin 2053-cü ilə qədər atmosferə zərərli emissiyaları sıfıra endirmək məqsədinə nail olmaq üçün qazıntı yanacaqları istehlakını minimuma endirməsi mütləqdir. “COP29-da elan edilmiş strategiyada nəqliyyat sektorunun inkişafı planları kontekstində də ziddiyyətlər var. Türkiyə hökuməti dəmir yolu şəbəkəsinin genişləndirilməsini prioritet adlandırır, amma avtomobil yolları və hava nəqliyyatı mövzusuna məhəl qoymur”.

Ö.Gürbüz diqqətə çatdırıb ki, bu günə qədər dünya ölkələrinin yalnız kiçik bir hissəsi istixana qazı emissiyalarını azaltmaq üçün iddialı hədəflər açıqlayıb. “Dünya ölkələri üçün NDCs-lərin (Milli Müəyyən Edilmiş Töhfələr) yaxşı nümunəsi Böyük Britaniya hökuməti tərəfindən COP29-un ilk günlərində dərc edilmiş sənəddir. Təəssüf ki, heç də bütün ölkələrin Britaniya kimi yüksək məqsədləri yoxdur. Əgər dövlətlər öz milli hədəflərini yerinə yetirə bilməsələr, bəşəriyyət ən azı 2,7 dərəcə Selsi qlobal istiləşmə ilə üzləşəcək”, -deyə ekspert xəbərdarlıq edib.

“Ekosfera”nın nümayəndəsi daha sonra Bakıda “iqlim maliyyəsi” mövzusunda gedən müzakirələrə diqqət çəkib. “Əsasən inkişaf etmiş ölkələri birləşdirən İƏİT ölkələri “iqlim maliyyəsinə” töhfə verən ölkələrin siyahısının genişləndirilməsinin tərəfdarıdır. Digər mühüm müzakirə mövzusu maliyyələşdirmə mexanizmləridir. İnkişaf etməkdə olan dövlətlər bu vəsaitlərin kreditlər deyil, qrantlar və digər dəstək növləri şəklində ayrılmasının tərəfdarıdırlar ki, bu da dövlətlərin borc yükünün artmamasına səbəb olacaq”, - deyə Türkiyənin ətraf mühit təşkilatının nümayəndəsi bildirib.

O, kiçik adalara və inkişaf etməmiş dövlətlərə kömək etməyə hazır olduqlarını bəyan edən Avropa İttifaqını misal çəkib və qeyd edib ki, bir çox inkişaf etməkdə olan ölkələr, o cümlədən Türkiyə “iqlim maliyyəsi” resurslarına maksimum çıxış əldə etməyə çalışır.

Ekpert, eyni zamanda, inkişaf etməkdə olan ölkələrin 2030-cu ilə qədər iqlim məqsədləri üçün hər il ən azı 1,3 trilyon dollar ayrılmasını tələb etdiyinə diqqət çəkib. “Bu günə qədər müzakirə edilən “iqlim maliyyəsi”nin həcminin 100 milyard dollarla məhdudlaşdığını nəzərə alsaq, tələblər arasındakı fərq kifayət qədər əhəmiyyətlidir. Lakin bu o demək deyil ki, dünyada belə fondlar yoxdur. Təkcə ötən il dünyada silahlanmaya 2,4 trilyon dollar xərclənib”, –deyə türkiyəli ekspert sözlərinə davam edib.

Onun fikrincə, əgər bu gün bəşəriyyət silaha vəsait xərcləməkdən və mədən yanacaqları ilə bağlı sənayelərin təşviqindən imtina edərsə, o zaman çoxlu “iqlim maliyyəsi” mənbələri olacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri