Koreyanın qədim xəritəsində Azərbaycan izi: 1402 ci il… FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Koreyanın tarixi xəritəsində Azərbaycanla bağlı maraqlı məqam yer alıb.
Milli.Az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.
Belə ki, alim sözügedən dünya xəritəsinin fotosunu bölüşərək onun 1402-ci ildə Coson sülaləsi dövründə hazırlandığını bildirib.
Tarixçinin sözlərinə görə, Koreyada Kvon Kun və Yi Ho tərəfindən yaradılan xəritənin qısaldılmış adı "Kangnido"dur:
"Xəritədə Nil çayının Afrika sahilləri göstərilib, Şərqi Asiya, Cənubi Asiya, Yaxın Şərq, Avropa və hətta Afrika təsvir edilib. O dövrdə belə böyük ərazini əhatə edən oxşar xəritə yox idi.
Qırmızı ilə işarələnən yerdə Dərbənd kimi tanınan Bab əl-Əbvab təsvir olunub. Xəzər dənizindəki düzbucaqlı isə Şirvandır. Xəzər dənizi sahilində, Araz və Kür çaylarının aralığında olan düzbucaqlı Arrandır". /Globalinfo.az
Həmin xəritəni təqdim edirik:
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















