Icma.az
close
up
RU
Azərbaycan və Cənubi Koreyanın yaradıcı sənayeləri əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Cənubi Koreyanın yaradıcı sənayeləri əməkdaşlığı genişləndirəcək

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

Bu barədə 525.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Səfər nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Nümayəndə heyəti Seulda keçirilən "EdTech 2025" sərgisində iştirak edib, Koreya Müasir İncəsənət Muzeyində maarifləndirici proqramlarla tanış olub. KOCCA – Koreya Mədəniyyət, Məzmun və Yaradıcılıq Agentliyində keçirilən görüşlərdə yaradıcı kontentin beynəlxalq mübadiləsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Proqram çərçivəsində nümayəndələr həmçinin ölkənin aparıcı elm və innovasiya mərkəzi KAIST universitetini ziyarət ediblər. Burada onlara "Startup KAIST" proqramı təqdim olunub, mədəniyyət və texnologiyanın qovşağında həyata keçirilən layihələr barədə məlumat verilib.

Səfər nəticəsində Azərbaycanın yaradıcı sənayelərinin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənəcəyi, gənclər üçün yeni imkanların açılacağı və ölkəmizin kreativ ekosisteminin qlobal trendlərlə zənginləşəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri