Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Korifey bəstəkarın irsi UNESCO zirvəsində

Korifey bəstəkarın irsi UNESCO zirvəsində

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Üzeyir Hacıbəyli – 140

Azərbaycan milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd olunub.

Mərasim Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxışında bildirib ki, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi bəstəkarın həyat və yaradıcılığına ehtiramını nümayiş etdirir. Bu, eyni zamanda musiqinin birləşdirici gücünü, mədəniyyətlər arasında dialoqun qurulmasına və ümumbəşəri dəyərlərə verilən qiyməti göstərir. Daimi nümayəndə Üzeyir Hacıbəylinin Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında müstəsna rol oynamasından danışıb.

Səfir daha sonra bildirib: “1908-ci ildə Şərqdə ilk opera olan “Leyli və Məcnun” təkcə musiqi əsəri deyildi. Bu, əsl mədəni inqilab idi. Hacıbəyli Azərbaycan muğamının əsrlərlə formalaşmış ənənəsini Qərb musiqisinin klassik formaları ilə birləşdirərək, Şərq və Qərb arasında musiqi körpüsü saldı.

Onun əsərlərinin gücü də bu sintezə dayanır – milli irsə dərin bağlılıq, eyni zamanda bəşəriyyətə açıq mesaj. Hacıbəylinin musiqisi Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini əks etdirir və bütün bəşəriyyətə xitab edir. Onun irsi UNESCO-nun missiyası ilə tam uyğun gəlir”.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək akademik Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından ətraflı bəhs edib. Akademik bildirib ki, Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan sərhədlərini aşaraq, dünya səhnələrində uğurla nümayiş olunub və xalqlar arasında mədəni körpüyə çevrilibdir. O, yalnız bəstəkar deyil, həm də görkəmli alim, maarifçi, pedaqoq və ictimai xadim idi. Onun təşəbbüsü ilə əsası qoyulan Azərbaycan Dövlət Konservatoriyası – Bakı Musiqi Akademiyası bir çox musiqiçi yetişdirib. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən biri olub.

Qeyd edilib ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.

Akademik İsa Həbibbəyli Elman Abdullayevə akademik Zemfira Səfərovanın bu yaxınlarda AMEA-nın “Elm” nəşriyyatında ingilis dilində nəşr olunmuş “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq karyerası” kitabını hədiyyə edib.

Tədbir konsert proqramı ilə müşayiət olunub.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri