Icma.az
close
up
RU
Koronavirus dövründə insanlar kütləvi şəkildə MAXE olmağa üz tutdular Deputat

Koronavirus dövründə insanlar kütləvi şəkildə MAXE olmağa üz tutdular Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Hesab etmirəm ki, 6 ay müddətinə salınma stabilliyinin qorunmasına xidmət edəcək. Əksinə, mən düşünürəm ki, bu müddətlərə yenidən baxılmasına ehtiyac var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

"Birinci növbədə, müddətdən artıq hərbi xidmətə çağırılan hər bir şəxs üçün təlimlərin keçirilməsi ən azı 3 ay davam edir. Bu 3 ayı xidmət etdikdən sonra artıq onun təxris olunmaq hüququ yaranır. Ona verilən 3 ay təhsil, hazırlıq qabiliyyəti və digər məsələlər tamam kənarda qalır. Əgər həmin şəxs başqa bir yerdə müvafiq iş tapırsa və qarşısında hər hansı öhdəlik yoxdursa, daha artıq əməkhaqqı olan sahəyə üz tutacaq. Biz bunu koronavirus dövründə gördük. Həmin dövrdə bəzi iş yerləri bağlandıqdan sonra insanlar kütləvi şəkildə müddətdən artıq hərbi xidmətə üz tutdular, çünki orada əməkhaqqı verilir və iş yeri var. Bir müddət keçəndən sonra iş yerləri açıldıqda, ərizə yazaraq xidmətdən çıxdılar və onların hazırlanmasına çəkilən zəhmət kənarda qaldı.

Dövlət hər bir belə şəxs üçün həm qış, həm də yay forması tikdirir. Bu, ayaqqabısından tutmuş geyiminə qədər bir neçə min manata başa gəlir. Daxili nizamnamədə göstərilir ki, hər bir yeni gələn hərbi qulluqçu müvafiq forma ilə təmin olunmalıdır. İstifadə olunmuş formanı digərinə vermək mümkün deyil. Dövlət həmin şəxsin ölçülərinə uyğun həm qış, həm də yay forması tikdirir. Şəxs 3 ay xidmət göstərir, 6 ay tamam olur, formaları təhvil verir və xidmətdən ayrılır. Nəticədə bütün bu xərclər dövlətin üzərində qalır. Bunların hamısı nəzərə alınmalıdır. Ona görə də müddətin 6 aya endirilməsi məsələsinə bir daha baxılmalı, bu məsələri diqqətdə saxlamaq lazımdır".

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Fevral 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri