Icma.az
close
up
RU
Korotçenko: “İrəvan ona görə silahlanır ki, təxribata əl atsın”

Korotçenko: “İrəvan ona görə silahlanır ki, təxribata əl atsın”

Icma.az bildirir, Tribuna portalına istinadən.

Məlum olduğu kimi, Hindistan iyun ayında Ermənistana “Akaş” raket kompleksinin növbəti partiyasını göndərəcək.

Tribunainfo.az xəbər verir ki, İrəvan Yeni Dehli ilə bağladığı 710 milyon dollarlıq silah sazişinin növbəti partiyasını qəbul edəcək.

Rusiyada fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli Müdafiə” jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko hesab edir ki, Qarabağ müharibəsindəki məğlubiyyətindən və xarici siyasət oriyentasiyasının Qərbə doğru dəyişməsindən sonra Ermənistan əsas silah və hərbi texnika növlərinin təchizatı mənbələrini diversifikasiya etmək üçün addımlar atıb. “Bura Fransa və Hindistanın İrəvanın yeni əsas tərəfdaşlarına çevrildiyi hava hücumundan müdafiə sahəsi də daxildir. Hazırda hər iki ölkə Ermənistana hava hücumundan müdafiə sistemləri və komplekslərinin çatdırılması üzrə müqavilələr həyata keçirir və bu proses mərhələli şəkildə – sadədən mürəkkəbə doğru aparılır”.

Onun sözlərinə görə, gələcəkdə Ermənistan Fransanın texnoloji həlləri əsasında inteqrasiya olunmuş və ardıcıl hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır. “Bu sistemə Fransa və Hindistanın hava hücumundan müdafiə raket sistemləri daxildir”.

“Milli Müdafiə” jurnalının redaktoru qeyd edib ki, “Akaş” Cənubi Qafqaz hərbi əməliyyatlar teatrında nisbətən müasir hava hücumundan müdafiə sistemi hesab olunur. “Hindistanla müqavilənin məqsədi ondan ibarətdir ki, Nikol Paşinyanın hərbi proqramının prioritetlərindən biri NATO standartlarına əsaslanan laylı və dərin hava hücumundan müdafiə sistemi yaratmaqdır”.

O vurğulayıb ki, Ermənistan üçün “potensial düşmən” hələ də Azərbaycandır və bu məsələdə heç nə dəyişməyib. “Ermənistan tərəfindən bütün müasir silah sistemlərinin alınması və bütün zabit hazırlığı proqramları Azərbaycanla yeni hərbi münaqişə ehtimalı nəzərə alınmaqla həyata keçirilir”.

İqor Korotçenko sonda qeyd edib ki, Ermənistan Hindistandan “Akaş” hava hücumundan müdafiə sistemlərini almaqla öz gücünü nümayiş etdirməyə və Cənubi Qafqazda əlverişli siyasətini irəli sürməyə, ilk növbədə, Azərbaycannın hərbi imkanlarını zərərsizləşdirməyə çalışır. “Bu, Ermənistanın pərdə altından müxtəlif hərbi təxribatlar və ya gələcək döyüş əməliyyatlarını həyata keçirə biləcəyi hava hücumundan müdafiə çətirinin yaradılması deməkdir”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 May 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri