Icma.az
close
up
RU
Körpə qidalarında gizli təhlükə: Bacillus cereus və Sereulid nədir?

Körpə qidalarında gizli təhlükə: Bacillus cereus və Sereulid nədir?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qlobal miqyasda bir sıra körpə qidalarının geri çağırılması sistemli bir problemi üzə çıxarıb. Belə ki, mürəkkəb tərkibli qidaları ana südünə daha çox bənzətmək istəyi çirklənmə riskini artırır və təchizat zəncirinə nəzarəti zəiflədir.

Modern.az xəbər verir ki, Fransada iki körpənin ölümünün "Nestle" körpə qidası ilə mümkün əlaqələr üçün araşdırılır.

ABŞ-da körpələrin xəstəxanaya yerləşdirilməsi "ByHeart" startapının məhsullarının geniş miqyasda geri çağırılmasına səbəb oldu.

Bu hadisələr əsas bazar oyunçularına - "Nestle", "Danone" və "Abbott"-a təsir edib və rəsmi olaraq dünyada ən çox tənzimlənən sahələrdən biri hesab edilən uşaq qidası sənayesinə etimadı sarsıdıb. Böhranın əsas elementi körpə qidasında geniş istifadə edilən və beyin inkişaf etdirici əlavə olan araxidon turşusu (ARA) ilə bağlıdır. Nestle-nin çirklənmənin mənbəyi olaraq dünyanın ən böyük istehsalçılardan biri - Çin şirkəti "Cabio"-nu ittiham edib. Təchizatçıların çoxalması və qidaya nəzarət tənzimləmələrinin dövlət yoxlamalarından daha çox özəl auditlorlara etibar edilməsi problemi kəskinləşdirib.

Nestle-nin məhsullarını geri çağırması şirkət tarixində ən böyük geri çağırışdır və 60-dan çox ölkəyə təsir göstərir.

Qlobal dünyanın tərkib hissəsi olan Azərbaycandan da bu məsələ yan keçməyib. 2025-ci il noyabrın 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ABŞ "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının körpələrdə botulizm hallarına (zəhərli bakteriya ilə baş verən ağır qida zəhərlənməsi) səbəb olmasına görə ölkəmizdə istifadəsinə qarşı xəbərdarlıq yayıb.

2026-cı il yanvarın 7-də isə “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib. Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır.

Xatırladaq ki, ÜST-ün tövsiyyəsinə görə, ana südü ilə qidalandırma körpələri qidalandırmağın ən təhlükəsiz və ən təsirli yolu olaraq qalır, lakin körpə qidası bazarı böyüməyə davam edir və 2034-cü ilə qədər dövriyyəsi 180 milyard dolları keçə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri