Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Körpə qidalarında potensial risk Pediatrdan XƏBƏRDARLIQ

Körpə qidalarında potensial risk Pediatrdan XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər “Nestle” şirkətinin Avropanın bir sıra ölkələrində körpə və erkən yaşlı uşaqlar üçün istehsal etdiyi bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırması bu narahatlıqları daha da artırıb. Məhsulların “Bacillus cereus” bakteriyasının ifraz etdiyi “cereulide” toksini ilə çirklənmə riski daşıdığı bildirilir.

Qeyd edək ki, "Nestle" şirkətinin məhsulları Azərbaycanda da satılır.

Valideynlər uşaq qidası seçərkən xüsusilə nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-pediatr Şəlalə Poluxova bildirdi ki, "bacillus cereus" torpaqda, tozlu səthlərdə və ümumilikdə müxtəlif mühitlərdə geniş yayılmış, tez-tez rast gəlinən bir bakteriya növüdür:

"Onun bəzi növləri qida zəhərlənmələrinə səbəb ola bilir. "Cereulide" isə bu bakteriyanın ifraz etdiyi, istehsal etdiyi bir toksindir. Bu toksin hüceyrələrdə mitoxondri funksiyasını pozur və mədə-bağırsaq pozuntularına gətirib çıxarır və bu toksin istiliyə olduqca davamlıdır".

Həkim bunların uşaqlar üçün olan risklərindən də bəhs etdi:

"Xüsusilə altı aydan kiçik körpələrdə mədə-bağırsaq sistemi və ümumilikdə orqanizm daha həssas olur. Bu səbəbdən bu cür toksinlərin təsiri daha ağır ola bilər. Bakteriya və onun toksini mədə-bağırsaq traktına təsir göstərir və uşaqlarda qusma, ürəkbulanma, qarın ağrısı müşahidə olunur. Bəzən qusma o qədər intensiv olur ki, bu hal uşaqlarda dehidratasiya, yəni susuzlaşmaya qədər gətirib çıxarır. Əlbəttə ki, bu simptomlar hər zaman bu qədər ağır formada müşahidə olunmur. Lakin nəzərə almaq lazımdır ki, körpələr daha həssasdır və susuzlaşmaya daha tez məruz qalırlar. Buna görə də bu cür hallar müşahidə edildikdə pediatr nəzarəti mütləqdir və həkimə müraciət olunmalıdır. Ümumilikdə qida zəhərlənmələri yetkinlərlə müqayisədə körpələrdə daha sürətlə inkişaf edir. Hazırda isə bu cür hallarla bağlı qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə geri çağırışlarla əlaqəli olaraq hər hansı təsdiqlənmiş ağır xəstəlik halı qeydə alınmayıb. Təsdiqlənmiş ciddi hallar mövcud deyil. Lakin bəzi uşaqlarda qusma və ishal kimi əlamətlərin müşahidə oluna biləcəyi istisna edilmir. Bu məsələ ilə bağlı araşdırmalar davam edir və bir çox ölkələrdə bu toksinlə əlaqəli zəhərlənmələrin və xəstəliklərin səbəbləri hələ də öyrənilir".

Müsahibimiz nəzərə çatdırdı ki, geri çağırılma dedikdə, burada şirkətlərin öz daxili monitorinqi əsasında müəyyən etdikləri potensial risklər nəzərdə tutulur.

"Bu hallarda ehtiyatlılıq prinsipi əsas götürülür. Çünki əksər qida təhlükəsizliyi sistemləri məhz bu prinsipə əsaslanır. Risk ehtimalı yarandıqda məhsullar bazardan çıxarılır və geri çağırılır. Bu isə hər zaman məhsulun mütləq zərərli olduğu anlamına gəlmir, sadəcə riskin qarşısını almaq üçün atılmış qabaqlayıcı addımdır. Qeyd etmək lazımdır ki, uzun illərdir Avropada istehsal olunan süni qidalar və uşaq qidaları yalnız Avropada deyil, dünyanın bir çox ölkələrində ciddi qida təhlükəsizliyi standartlarına uyğun hazırlanır və beynəlxalq təhlükəsizlik sistemləri ilə idarə olunur. Bu sistemlər istehsalın hər bir mərhələsində potensial riskləri müəyyən edir və onları aradan qaldırır".

Həkimin sözlərinə görə, valideynlər məhsulun etibarlı marka tərəfindən istehsal olunmasına diqqət yetirilməlidir:

"Qeydiyyat nömrəsi, istehsalçı barədə məlumat və rəsmi bazar icazəsi mütləq yoxlanılmalıdır. Məhsul alınarkən son istifadə tarixinə və partiya nömrəsinə diqqət yetirilməsi vacibdir. Geri çağırılma elanları adətən məhz bu məlumatlara əsaslanır. Bundan əlavə, qida təhlükəsizliyi üzrə rəsmi qurumların yayımladığı geri çağırılma siyahılarını yoxlamaq da faydalıdır. Əgər uşaqlarda tez-tez qusma, ishal və susuzlaşma əlamətləri müşahidə olunarsa, mütləq şəkildə həkimə müraciət edilməlidir. Hətta heç bir simptom olmasa belə, geri çağırılmış məhsullar heç vaxt istifadə edilməməlidir. Bazarda keyfiyyət sertifikatı olan, tanınmış və müsbət rəy qazanmış məhsullara üstünlük verilməlidir. Körpə qidası və formulalar seçilərkən pediatr məsləhəti də mütləq nəzərə alınmalıdır. Ümumiyyətlə isə ən doğru, ən təhlükəsiz və ən steril qida ana südüdür. Bu məqamı xüsusi vurğulamaq lazımdır. Ana südü alan körpələrdə bu cür risklərlə qarşılaşma ehtimalı demək olar ki, sıfıra yaxındır. Ana südü körpənin ilk və ən vacib qidasıdır, eyni zamanda onun ilk “peyvəndi” hesab olunur. Heç bir süni qida, hətta dünyanın ən müasir fabriklərində istehsal olunsa belə, ən yüksək təhlükəsizlik standartlarına cavab versə belə, ana südünün yerini verə bilməz. Əlbəttə, bəzi hallarda ananın və ya körpənin sağlamlıq durumu səbəbindən ana südü kifayət etmir və ya istifadə edilə bilmir. Bu hallar istisna təşkil edir. Lakin ümumilikdə hər bir körpənin ana südü almaq hüququ var və bu, onun sağlam inkişafı üçün əsas şərtdir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Fevral 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri