“Körpə uşaq necə anasını axtarırsa ki, ona yemək verəcək, mən də öz anamı elə axtarıram”
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində anasından danışaraq göz yaşlarına hakim ola bilməyib.
Pravda.az xəbər verir ki, o, mayın 24-də anasının 40 mərasiminin keçiriləcəyini bildirib.
“Özümə söz vermişəm, ağlamayacağam, amma nə edim, özümlə bacara bilmirəm. İnanın, gecənin bir saatında qalxıram. Bəlkə də, gecə saat iki, üç olur... İzləyicilərim də görür ki, həmin saatda paylaşım etmişəm. Evi alt-üst edirəm, bütün albomları tökürəm ki, bəlkə, anamla bağlı başqa bir şəkil var idi, qarşıma çıxmayıb. Körpə uşaq necə anasını axtarırsa ki, ona yemək verəcək, mən öz anamı elə axtarıram. Gənclər, bəlkə, məni bəyənmirsiniz, sizin kimi deyiləm, amma sizə bir dost, rəfiqə, bacı kimi deyirəm, analarınızın dəyərini bilin. Bu gün məni rahat edən bilirsiniz nədir? Anam məndən o qədər razı gedib. Əminəm ki, göylərdə mənə dua edir, vicdanım rahatdır. Buna baxmayaraq, hər gün anam üçün ağlayıram. Onları incitməyin, ağlatmayın...” - o bildirib.
Aytəkin Qardaşova


