Icma.az
close
up
RU
Putin nəqliyyat nazirini vəzifədən azad etdi Aviasiya böhranı Starovoytun sonunu gətirdi

Putin nəqliyyat nazirini vəzifədən azad etdi Aviasiya böhranı Starovoytun sonunu gətirdi

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin ölkənin nəqliyyat naziri Roman Starovoytu vəzifəsindən azad edib.

“AzPolitika"-nın məlumatına görə, bu barədə rəsmi açıqlama yayılsa da, istefanın səbəbləri barədə ətraflı məlumat verilməyib.

Nazir postuna müvəqqəti olaraq nazir müavini, Novqorod vilayətinin keçmiş qubernatoru Andrey Nikitin təyin edilib. Rusiya mətbuatı, xüsusilə “Vedomosti” qəzeti daha əvvəl Nikitinin bu vəzifəyə gətiriləcəyi ilə bağlı məlumat yaymışdı. Mənbələrin bildirdiyinə görə, Nəqliyyat Nazirliyində rəhbərlik dəyişikliyi bir neçə ay əvvəl planlaşdırılıb, lakin bu, indiyədək rəsmi təsdiqini tapmamışdı.

Roman Starovoyt 2024-cü ilin may ayında nəqliyyat naziri təyin olunmuşdu. O, bundan əvvəl – 2018-ci ilin oktyabrından Kursk vilayətinin qubernatoru vəzifəsində çalışıb. Onun yerinə qubernator təyin olunan Aleksey Smirnov bu ilin aprelində Ukrayna ilə sərhəddə istehkam qurğularının tikintisi zamanı baş vermiş dələduzluq işi ilə əlaqədar həbs edilib. Hazırda Kursk vilayətinə keçmiş Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn rəhbərlik edir.

Müşahidəçilərin diqqətini çəkən əsas məqam isə nəqliyyat nazirindəki bu dəyişikliklərin Rusiya aviasiya sektorunda baş verən böhran fonunda reallaşmasıdır. Belə ki, Moskvadakı Şeremetyevo, Sankt-Peterburqdakı Pulkovo və Nijni Novqoroddakı Çkalov hava limanlarında hava hücumları və əlverişsiz hava şəraiti səbəbindən 5–6 iyul tarixlərində yüzlərlə aviareys təxirə salınıb və ya ləğv edilib.

Bu səbəbdən Moskva ilə Sankt-Peterburq arasında səyahət etmək istəyən insanlar dəmir yoluna üstünlük veriblər ki, bu da biletlərin sürətlə tükənməsinə səbəb olub. “Kommersant” qəzetinin ekspertlərinin hesablamalarına görə, cəmi iki gün ərzində yaşanan aviasiya kollapsı hava yolları şirkətlərinə 20 milyard rubla qədər ziyan vura bilər.

Nəqliyyat sektorundakı dəyişikliklər təkcə kadr dəyişikliyi ilə məhdudlaşmır. Hazırkı vəziyyət ölkə daxilində logistika sisteminin zəifliyini və fövqəladə hallara hazırlıqsızlığını da üzə çıxarır. Yeni təyinatın bu problemlərin həllinə nə dərəcədə töhfə verəcəyi isə hələlik sual altındadır.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri