Icma.az
close
up
RU
Körpə uşaqlı analar evdən işləyə bilər? AÇIQLAMA

Körpə uşaqlı analar evdən işləyə bilər? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda təkbaşına övlad böyüdən qadınların həm iş həyatını, həm də ailə məsuliyyətini eyni anda daşıması ciddi sosial məsələlərdən biri olaraq qalır. Xüsusilə azyaşlı uşağı olan analar üçün standart iş rejimi bir çox hallarda əlavə çətinliklər yaradır. Bu səbəbdən çevik iş qrafiki, məsafədən iş imkanı və ya xüsusi əmək güzəştləri kimi mexanizmlərin tətbiqi məsələsi daha çox müzakirə olunur.
Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bizim qanunvericilikdə “tənha ana” anlayışı ayrıca hüquqi status kimi nəzərdə tutulmayıb:
“Bu anlayış daha çox Sovet dövründə və Rusiya əmək qanunvericiliyində mövcud idi. Həmin halda söhbət uşağı dünyaya gətirmiş, lakin uşağın atası rəsmi şəkildə müəyyən edilməmiş qadınlardan gedirdi və onlar üçün xüsusi güzəştlər tətbiq olunurdu. Digər bir vəziyyət isə odur ki, qadın müxtəlif səbəblərdən övladını tək böyüdür. Məsələn, həyat yoldaşı vəfat edib və ya boşanıblar. Bu hallarda qadın faktiki olaraq övladı tək böyütsə də, hüquqi baxımdan “tənha ana” hesab edilmir. Çünki həmin şəxslər ya aliment alırlar, ya ailə başçısını itirməyə görə pensiya və ya müavinətlə təmin olunurlar. Bununla belə, ikinci valideynin olmaması nəzərə alınaraq həmin qadınlar üçün müəyyən güzəştlər mövcuddur. Məsələn, azyaşlı uşağı olan qadınlar natamam iş vaxtı ilə işləyə bilərlər. Təbii ki, bu halda əməkhaqqı da işlədikləri faktiki vaxta uyğun hesablanır. Yəni müəyyən sosial və əmək güzəştləri mövcuddur”.
O bildirib ki, ümumilikdə isə qadınlar üçün iş qrafikinin işəgötürənlə razılaşdırılaraq daha çevik formada təşkil edilməsi mümkündür:
“Xüsusilə son dövrlərdə məsafədən iş rejimi anlayışının tətbiqi bu baxımdan əlavə imkanlar yaradır. Dövlət qurumlarında bu məsələlərin tətbiqi müəyyən qədər çətin olsa da, kommersiya sektorunda bəzi işlərin məsafədən görülməsi artıq geniş yayılmağa başlayıb və gələcəkdə belə iş modellərinin daha da artacağı gözlənilir. Əsas məsələ odur ki, qadınlar əmək bazarından uzaqlaşdırılmamalıdır. Təəssüf ki, cəmiyyətdə, hətta bəzi yüksək vəzifəli şəxslər arasında belə bir fikir formalaşıb ki, qadın işləməkdənsə evdə oturub uşağa baxmalıdır. Bu isə düzgün yanaşma deyil. Əksinə, qadınların, xüsusilə də övladını tək böyüdən anaların işləməsi üçün şərait yaradılmalıdır. Məsələn, onlar üçün uşaq bağçalarında güzəştlər tətbiq oluna, körpələr evi ilə təminat gücləndirilə, iş yerlərində müəyyən imtiyazlar verilə bilər. Amma qadının yalnız evdə oturaraq müavinətlə təmin olunması və əmək bazarından kənarda qalması müasir yanaşma hesab edilmir. Bu gün inkişaf etmiş Qərb ölkələrində də əsas məqsəd qadınların aktiv əmək fəaliyyətinə cəlb olunmasıdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri