Icma.az
close
up
RU
Körpələrdə köp problemi

Körpələrdə köp problemi

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Həkimlərin müşahidələrinə görə, bu problemə yenidoğulmuşların 70%-dən çoxunda təsadüf edilir.

Bu zaman tam sağlam və tox uşaq səbəbsiz olaraq çox bərk qaşqırır, ağlayır, ayaqları tərpədir, qarnına sıxır, qızarır. Belə tutmalar hər gün və gün ərzində bir neçə dəfə təkrar oluna bilər və bəzən hətta 3 saata kimi davam edə bilər. Uşaq qidadan imtina edir, yatmır, uşağın qarını bərk ("daş kimi") olur. Uşağın bağırsaqlarından hava (və ya nəcis) çıxdıqdan sonra uşaq sakitləşir.

Əgər siz uşağınızda belə problemlə rastlaşmısınızsa, ilk növbədə mütləq pediatra müraciət edin. Yalnız həkim digər mümkün olan səbəbləri istisna etməklə (qulaq ağrısı, qəbizlik, dəri problemləri, bağırsaq infeksiyaları, ana südünün körpəyə çatmaması və s.) dəqiq diaqnoz qoya bilər.

Uşaqda heç bir problem aşkar olunmazsa, bu o deməkdir ki, uşağı köp narahat edir. Köp həm ana südü ilə, həm də süni süd qarışıqları ilə qidaladırılan körpələrdə müşahidə oluna bilər. Adətən belə tutmalar körpənin həyatının 3 həftəsində sonra başlayır və təxminən 3-4-cü ayında keçir.

Buna səbəb körpənin bağırsaqlarında hava qabarcıqların yığılmasıdır. Bu qabarcıqlar bağırsaqların divarlarını dartır ki, bunun nəticəsində ağrılar əmələ gəlir.

Körpələrin bu problemi fizioloji hal sayılır (yəni xəstəlik deyil). Həkimlərin fikirinə görə, bu problemin səbəbi körpələrin həzm sisteminin natamam inkişafıdır. Uşağın həzm sistemi inkişaf etdikcə, bu problem də müstəqil şəkildə (müalicəsiz və dərmansız) həll olunacaq.

Körpənin sağlamlığına belə tutmalar heç bir ziyan etməsə də, anaları çox narahat edir.

Bu vəziyyətdə ana uşağa hər bir vasitə ilə kömək etmək istəyir. Bunun üçün nə etmək olar?

- Uşağına süd verən ana öz qidalanmasına qarşı daha diqqətli olmalıdır. Əgər hər hansı qida anaya köp, qarın ağrısı, diskomfort verirsə, uşaqda da eyni simptomlar yaranacaq. Ana şüyüd, razyana, çobanyastığı, nanə dəmləmələrini (və ya xüsusi hazır çaylar) içə bilər ki, bu dəmləmələr və çaylar həm ananın, həm də körpənin bağırsaqlarına (ana südü vasitəsilə) müsbət təsir edəcək.

- Körpə süni süd qarışığı ilə qidalandırılırsa, həkimlə məsləhətləşdikdən sonra bu süd qarışığını digəri ilə əvəz edin. Bəzi hallarda hər hansı süd qarışığı körpəyə uyğun gəlməyə bilər və bu körpədə güclü köpə və ağrılara səbəb olur.

- Köpün səbəbi həmçinin körpənin qidalandırılma zamanı çoxlu miqdarda havanın udmasında da ola bilər. Bunun qarşısını necə almaq olar? Uşaq ana südü ilə qidalandırılırsa, onu düzgün əmizdirin (bu haqda saytımızda çoxlu məlumat var). Süni qidalandırılan körpəyə xüsusi antivakuum əmzik alın. Bu əmzik körpəyə havanı daha az udmağa kömək edəcək.

- Lazım olduqda həkim uşağa xüsusi köpəleyhinə dərman təyin edə bilər. Bu dərmanlar həm müalicəvi bitkilər əsasında, həm də kimyəvi ola bilər. Köp zamanı həmçinin probiotiklər də yaxşı kömək edir (konkret preparatı həkim seçməlidir).

- Bəzən ana körpəyə lazım olandan artıq qida verir (söhbət süni qidadan gedir) və bu da köpə səbəb olur. Süni süd qarışığı ilə qidalandırılan uşağa qidanı yaşına (ayına) uyğun dozalarda və 3-3,5 saat fasilələrlə vermək lazımdır.

- Hər qidalandırılmadan sonra körpəni 15-20 dəqiqə ərzində şaquli vəziyyətdə saxlayın ki, mədədə yığılan hava çıxsın.

- Hər qidalandırılmadan təxminən 20 dəqiqə əvvəl uşağı mütləq qarının üzərinə qoyun, sonra isə qarnını yüngül massaj edin. Bu bağırsaqlarda köpün əmələ gəlməməsi üçün ən yaxşı profilaktik vasitədir. Ümumillikdə massaj köplə mübarizədə ən yaxşı vasitədir. Massajı həm qidalandırılmadan əvvəl, həm də qidalandırılmadan bir müddət sonra etmək olar. Uşağın qarnını saat əqrəbi istiqamətində massaj etmək, yüngül ovuşdurmaq, ayaqlarını yüngül qarnına saxmaq olar. (Saytımızda belə massajın videosu var.)

- Köp tutması zamanı uşağın vəziyyətini yüngülləşdirmək üçün onun qarnına ilıq qrelka qoya bilərsiniz. İsti spazmı azaldacaq.

- Uşaq çox narahatdırsa, onu qucağınızda yellədə bilərsiniz.

- Uşağa ilıq vanna da kömək edə bilər.

- Uşağı qarın üstə olmaqla dizlərinizin üzərində uzadın və belini sığallayın.

- Evdə xüsusi uşaq yellənçəyi varsa, uşağı bu yellənçəkdə yellədə bilərsiniz.

- Əgər sadaladığımız üsullar kömək etmir və uşaq ağlamağa davam edirsə, xüsusi qazçıxardan borucuqdan və ya mikroklizmadan (hazır mikroklizmalar apteklərdə satılır) istifadə edə bilərsiniz.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri