Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Körpənin anadan aldığı ilk dərs

Körpənin anadan aldığı ilk dərs

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Vaxtilə böyük loğman İbn Sina analara xitabən deyirdi: “Körpələrə layla deyin və beşikdə yırğalayın. Onlardan biri uşağın mənəvi cəhətdən, digəri fiziki cəhətdən inkişafına kömək edəcək”.

Bəzəkli beşiyində ipək yorğanına bürünüb şirin-şirin, mışıl-mışıl yuxuya gedən körpə dünyanın ən böyük gözəlliyi və təmizliyidir. Analar körpənin rahat yatması üçün öz qoynunu, qucağını, hətta kürəyini də beşiyə, yüyrüyə, nənniyə çevirirlər. Beşik başında oxunan layla ananın içindən süzülüb gələn doğmalığın, həzinliyin, analığın, onun keçirdiyi hiss və duyğuların ifadəsidir. Layla ümid, arzu, xəyalın uçuşudur. Layla ananın mənəvi dünyasının şah nəğməsidir. Çünki layla körpə üçün ən doğma olan varlığın - ananın səsi ilə - ən gözəl səslə sonsuz və mərhəm bir bağlılığın ifadəsi kimi ruhumuza axır.

“Müasir araşdırmalar da ana laylasının əvəzsiz olduğunu sübut edir. Laylaların hər kəlməsi uşağın şəxsiyyət kimi formalaşmasına xidmət edir. Analarda belə bir inam olub ki, laylalar körpəni şər qüvvələrdən qoruyur. Hətta pislik və xəstəliklərdən də... Laylalar ana dilimizin əlifbasıdır. Körpə ana bətnindən ayrılandan sonra cismən ana südü, mənən ana laylası ilə qidalanır. Körpənin ruhu və yaddaşı layla dünyası ilə təmasdan dinclik- sakitlik tapır, dilimizin şirinliyi körpənin ruhuna, qanına hopur. Laylalar körpə üçün sakitləşdirici və öyrənmə təsirlərinə malikdir və onu dinləyən yenidoğulmuş uşaq sakitləşir, ananın səsinə reaksiya verərək cavab səsləri çıxarır, bununla da körpənin nitq aparatı inkişaf edir. Laylalar uşağın xarakterinin formalaşmasına faydalı təsir göstərir, fiziki inkişaf, düşüncə, uşağın psixoloji vəziyyətini inkişaf etdirir. Beləliklə, körpə sakit, xeyirxah böyüyür”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun dediyinə görə, tədqiqatçıların araşdırmalarına əsasən, erkən yaşlarda layla dinləməyən uşaqlar eqoist və daha az stresə davamlı olurlar. Layla uşağın müəyyən bir yuxu, oyanma və qidalanma rejiminin inkişafına kömək edir. Layla melodiyası uşağın mikro mühitində müsbət emosional psixoloji iqlimin yaranmasına təsir göstərir. Aparılan sorğular nəticəsində məlum olub ki, belə uşaqlar arasında nevroz xəstəliyinə təsadüfi hallarda rast gəlinir. Layla melodiyasının özünəməxsusluğu emosional gərginliyi aradan qaldırır, müsbət emosional şərait formalaşdırır, normal yuxu üçün əlverişli şərait yaradır. Bütün bunlar uşağın fiziki cəhətdən sağlam ruhlu bir şəxsiyyət kimi formalaşmasını təmin edir. Beşiyi başında layla çalınan uşaqlar emosional cəhətdən dayanıqlı, stresdən uzaq və həyəcan hissinin öhdəsindən vaxtında gələ bilirlər. Layla eşitməyən uşaqlar gələcəkdə daha aqressiv olur, onlarda psixoloji pozuntu hallarına daha çox rast gəlinir. Uşaqların nitq inkişafına da laylalar güclü təsir edir, çünki onlar ilk fonetik səslərlə laylalar vasitəsilə tanış olurlar. Bundan başqa layla eşidən uşaqlarda diqqətin mərkəzləşməsi və inkişafı çox güclü şəkildə gedir.

“Laylalar uşaqlar üçün söz bazası rolu oynayır. Ana layla çaldıqca körpə həmin sözləri yaddaşına həkk edir, sonralar onun təsiri ilə uşağın dili tez açılır. Laylalar həm dəyərlərin, həm də sevginin tərənnümüdür. Layla körpənin ana dilində aldığı ilk dərsdir. Mütəxəssislərin fikrincə, laylanın psixoloji təsiri də böyükdür. Ana bala arasında sevgi bağları güclənir, uşaqlarda özünəinam hissi daha da artır, dinləmə mədəniyyəti formalaşır. Uşaqlar musiqi dinlədikcə rahatlaşır və onlarda çağalıq və körpəlik dövrünün şıltaqlıqları azalmağa başlayır. Məsələn, yuxu zamanı və yaxud yuxudan oyananda aqressiv olan uşaqlara layla deyəndə onlar daha rahat yuxuya gedirlər. Gözəl səs və gözəl söz həmişə xoş duyğular oyadır”, - deyə Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri