“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi qrupunun iclası keçiriləcək
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun sentyabrın 29-u saat 10:00-da növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclas “Zoom” platforması üzərindən onlayn formatda baş tutacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a verilən məlumata görə, iclasda işçi qrupunun 2025-cü ilin ötən dövrü üzrə fəaliyyət planının müvafiq bəndlərinin və verilmiş tapşırıqların icra vəziyyətinə, eləcə də müvafiq reytinq hesablarında ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı məsələlərə dair müzakirələr aparılacaq.
İclasda işçi qrupa üzv olan dövlət orqanlarının, eləcə də özəl və beynəlxalq şirkətlərin məsul şəxsləri iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 23 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















