Icma.az
close
up
RU
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" İşçi Qrupunun "Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə" altqrupunun 2025-ci il üzrə ilk iclası keçirilib.

Oxu.Az xəbər verir ki, "Bakı KOB evi"ndə Komissiyanın və KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələri, ekspertlər iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə ESG üzrə altqrupun fəaliyyətini və görülmüş tədbirləri müsbət qiymətləndiriblər. Qeyd olunub ki, ESG ilə bağlı müxtəlif maraqlı tərəflərin məlumatlandırılması, təlimlərin təşkili, ayrı-ayrı sahələr üzrə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, metodoloji bazanın inkişaf etdirilməsi, şəbəkələşmə və s. kimi istiqamətlərdə işlər görülüb. Bunlar arasında biznesin rəyi və ehtiyacları əsasında hazırlanmış ESG üzrə milli çərçivə standartı və "ESGhub.az" elektron platforması xüsusilə qeyd edilməlidir. Hər iki məhsul ESG prinsiplərinin geniş təşviqi və bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, qarşıdakı dövrdə də ESG üzrə bir sıra tədbirlərin icrası nəzərdə tutulur. Bu məqsədlə artıq ESG üzrə 2025-ci il üçün Yol Xəritəsi təsdiq edilib və icrasına başlanılıb.

İclasda "ESGhub.az" platforması və milli ESG standartına, SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələrinə, eləcə də 2025-ci il üzrə Yol Xəritəsinə dair təqdimatlar keçirilib. Bildirilib ki, ESG üzrə 2025-ci il üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlər üç mühüm istiqaməti əhatə edir. Bunlar ESG üzrə milli standart və rəqəmsal platformanın effektiv istifadə edilməsi və onlardan mümkün qədər faydalanmaq, ESG üzr potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri ilə bağlıdır.

Tədbir çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən siyahısı təsdiq edilmiş ESG ilə əlaqəli müvafiq beynəlxalq standartları ölkəmizdə tətbiq etmiş ilk şirkət olaraq "Ekvita"nın təcrübəsi dinlənilib.

Həmçinin, ESG prinsiplərinin təbliği və tətbiqində səmərəli fəaliyyətlərinə görə ABB, "Azercell Telecom" MMC, "Ekvita" şirkəti və Ülviyyə Əkbərovaya təşəkkürnamələr təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Fevral 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri