Icma.az
close
up
RU
Korrupsiya qalmaqalı Zelenskini çətin vəziyyətə salıb “The Washington Post” detallar açıqladı

Korrupsiya qalmaqalı Zelenskini çətin vəziyyətə salıb “The Washington Post” detallar açıqladı

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“The Washington Post” yazır ki, Ukrayna hökumətində üzə çıxan yeni korrupsiya qalmaqalı Avropa dövlətlərinin Kiyevə böyük həcmdə maliyyə vəsaiti ayırması planlarına mənfi təsir göstərə və ölkənin Avropa İttifaqına üzvlük perspektivini çətinləşdirə bilər.

Nəşrin məlumatına görə, dövlətə məxsus atom energetikası şirkətinin adı və Prezident Vladimir Zelenskinin yaxın dostu, keçmiş biznes tərəfdaşının iştirakı Avropada ciddi narahatlıq yaradıb. Avropa tərəfi ayrılan vəsaitlərin Rusiya təcavüzünə qarşı müdafiə məqsədi ilə deyil, mənimsənilməsi ehtimalından nigarandır.

Son dörd ilə yaxın davam edən müharibə ərzində Aİ ölkələri Ukraynanın energetika və infrastrukturuna, eləcə də silahlandırmaya milyardlarla avro ayırıb. Bu səbəbdən Avropa liderləri Kiyevdən daha ciddi antikorrupsiya tədbirləri gözlədiklərini bildirir, eyni zamanda Ukraynanın müdafiəsinə dəstəyin davam etdiriləcəyini qeyd edirlər.

Nəşr vurğulayır ki, korrupsiya ifşalarının Zelenskinin Avropadan yeni maliyyə paketi istədiyi dövrə təsadüf etməsi vəziyyəti daha da həssas edib.

Almaniya kansleri Fridrix Mers deyib: “Biz gözləyirik ki, Ukrayna korrupsiyaya qarşı mübarizəni və daxili islahatları davam etdirəcək.”

Avropa Komissiyasının sözçüsü Giyom Mersye 13 noyabrda bildirib ki, Aİ Kiyevdə aparılan istintaqları diqqətlə izləyir: “Ukrayna müstəqil antikorrupsiya qurumlarını qorumalı və energetika ilə bağlı maliyyə dəstəyinin şəffaf idarə olunmasına təminat verməlidir.”

O əlavə edib ki, hazırda Aİ vəsaitlərinin təyinatı üzrə xərclənməməsinə dair “heç bir sübut yoxdur”.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas “Reuters”ə açıqlamasında qalmaqalı “son dərəcə təəssüf doğuran” adlandırıb və Kiyevin məsələyə çox ciddi yanaşmalı olduğunu bildirib.

Bununla belə, Avropa rəsmiləri Rusiya hücumlarının davam etdiyi şəraitdə Ukraynaya dəstəyin dayandırılmasının mümkün olmadığını, lakin korrupsiyanın kökündən aradan qaldırılmalı olduğunu vurğulayıblar.

Ukraynanın Baş naziri Yuliya Sviridenko isə qeyd edib ki, bütün dövlət şirkətlərində, o cümlədən energetika sahəsində geniş auditə başlanılıb. O deyib ki, müşahidə şuralarına xüsusilə satınalmaların yoxlanması tapşırılıb. Baş nazir əlavə edib ki, hökumət iki nazirin istefasına qərar verib, korrupsiya materiallarında adı çəkilənlərə sanksiyalar tətbiq ediləcək və “Enerqoatom”un yenidən qurulmasına start verilib.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri