Icma.az
close
up
RU
Korrupsiya yuvasının “sahibi” yenidən vəzifədə Vüsal Kərimli ilə bağlı nə baş verir?

Korrupsiya yuvasının “sahibi” yenidən vəzifədə Vüsal Kərimli ilə bağlı nə baş verir?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Nəqliyyat Agentliyinin sabiq sədri Vüsal Kərimli 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində nəqliyyat və əməliyyat məsələləri üzrə rəhbər vəzifəyə təyin edilib. Bildirilir ki, o, yeni vəzifəsində fəaliyyətə başlayarkən daha əvvəl BNA-da birlikdə çalışdığı komanda üzvlərini də ətrafına toplamağa başlayıb.

Xatırladaq ki, Prezidentin sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət verilib. Bunun bir neçə səbəbinin olduğu deyilirdi. Səbəblər içində xüsusi vurğulanırdı ki, o, özü ilə bir neçə nəfəri İH-a işə gətirib. Həmin şəxslərin bu günlərdə vəzifədən çıxarıldığı deyilir.

Məmur getdiyi yeni işə əvvəlki komandasının üzvlərindən apara bilərmi və qanun buna icazə verirmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, hər kəs əmək müqaviləsinə könüllü daxil olur və könüllü şəkildə də çıxa bilər.

Onun sözlərinə görə, heç kəsi zorla işlətmək mümkün deyil:

“Nə özəl sektorda, nə də dövlət qulluğunda kimisə məcbur işlətmək olmur. Bu, aydın məsələdir. Bəzən hər hansı bir şəxs müəyyən vəzifəyə, rəhbər vəzifəyə təyin olunduqda, təbii olaraq, etibar etdiyi, yəni səriştəsinə və peşəkarlığına bələd olduğu şəxslərlə işləmək istəyə bilər. Bu tamamilə normal haldır və təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində belə praktika mövcuddur. Belə hallarda yeni rəhbər daha əvvəl birlikdə işlədiyi komanda üzvlərini dəvət edə bilər. Onların bəziləri əvvəlki iş yerləri ilə vidalaşıb yeni struktura keçir, bəziləri isə mövcud yerində qalmağı seçir. Bu da hər kəsin şəxsi qərarıdır və qanunla məhdudlaşdırıla bilməz”.

Hüquqşünas deyib ki, əgər söhbət dövlət qulluğundan gedirsə, burada müəyyən inzibati məhdudiyyətlər qoyula bilər:

Əkrəm Həsənov

“Məsələn, rəhbər vəzifəyə təyin olunan şəxsə yuxarı instansiya tərəfindən deyilə bilər ki, konkret idarədən əməkdaşları dəvət etməsin. Bu, təşkilati qərar kimi mümkündür. Lakin bu, yalnız işəgötürənə aiddir. Heç kim bir vətəndaşa, yəni sıravi işçiyə deyə bilməz ki, “sən niyə bu işdən çıxırsan, niyə gedib başqa yerdə işləyirsən?” İşçi öz istəyi ilə əmək müqaviləsini dayandırmaq və yeni iş yerinə keçmək hüququna malikdir”.

Onu da xatırladaq ki, Vüsal Kərimli BNA rəhbəri olanda haqqında müxtəlif iddialar gəzirdi. Mediada onun qüsurlu idarəçiliyi və korrupsiyaya yol verdiyi haqda iddialar dolaşırdı. Globalinfo.az-da da bu haqda bir neçə araşdırma yazılar dərc olunub.

2023-cü il iyulun 25-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirmişdi. Həmin vaxt Baş Prokurorluq rəsmi məlumat yaydı ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bu əməliyyatdan sonra Vüsal Kərimli bir daha görünmədi. Sözün əsl mənasında yoxa çıxdı. Reputasiyası zədəli birinin belə mühüm vəzifəyə təyin olunması isə ictimaiyyətdə suallar, şübhələr yaradır.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri