Icma.az
close
up
RU
Korrupsiyadan gedən vəzifəlilər SİYAHI

Korrupsiyadan gedən vəzifəlilər SİYAHI

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda korrupsiya faktları illərdir ki, dövlət idarəçiliyində əsas problemlərindən biri olaraq qalır. Son illər dövlət orqanlarında keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində onlarca yüksək vəzifəli şəxs işdən çıxarılıb, bir çoxu barəsində cinayət işi açılıb, bəziləri isə illərlə azadlıqdan məhrum edilib.

Son olaraq ötən gün Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri səbəbilə saxlanılıb. 

Sfera.az ictimai marağa cavab olaraq bu istiqamətdə araşdırma hazırlayıb:

Nazir kreslosundan məhkəmə zalına...

Əli İnsanov

Azərbaycan siyasi tarixində korrupsiya ilə bağlı məhkəməyə çıxarılan ilk sabiq nazirlərdən biri Əli İnsanov olub. Əli İnsanov 2005-ci il oktyabrın 20-də Azərbaycan Respublikasında Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. O, 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilib.  Azərbaycan Respublikasının Prezidentinin əfv Sərəncamı ilə 2019-cu ilin mart ayının 16-da azadlığa buraxılıb.  2024-cü ilin sentyabr ayında məhkumluğu üzərindən götürülüb.

Fərhad Əliyev 

Əli İnsanovla bərabər, 2005-ci ildə parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilsə də, sonralar ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürüldü. 2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi. O, bir neçə il həbsdə qaldıqdan sonra 2013-cü ildə əfv olunub.

Səlim Müslümov

Daha sonra bu sıraya Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümov da əlavə olundu. 2021-ci ilin əvvəllərində həbs edilən Müslümov, Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsaitlərin mənimsənilməsi, rüşvət alma və digər ittihamlarla məsuliyyətə cəlb edilib.

XİN-də KORRUPSİYA


2020-ci ildə Xarici İşlər Nazirliyində aparılan istintaq tədbirləri məmur korrupsiyasının daha bir qatını üzə çıxardı. XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov, Tender Komissiyasının sədri Fərhad Mollazadə, Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və digərləri müxtəlif miqdarda vəsaitləri mənimsəməkdə ittiham olunaraq həbs edildi.  Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Ümumilikdə bu nazirlikdəki əməliyyatlarda 2 milyon manatdan çox vəsaitin talanması faktı ortaya çıxıb.

Mədəniyyət Nazirliyi 


2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində də əməliyyat keçirdi. Nazir müavini Rafiq Bayramov və Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov həbs edildi. Sultanovun evindən 600 min manatlıq pul və qızıl-zinət əşyaları müsadirə olundu. Onlara qarşı rüşvət, mənimsəmə və vəzifədən sui-istifadə ittihamları irəli sürüldü.


2020–2022-ci illər ərzində korrupsiya ittihamları ilə saxlanılan icra başçılarının sayı az qala ikiəlli sayılacaq qədər çox oldu. Biləsuvar, Neftçala, İmişli, Yevlax, Ağstafa və digər rayonların rəhbərləri – Mahir Quliyev, İsmayıl Vəliyev, Vilyam Hacıyev, Qoca Səmədov, Nizaməddin Quliyev – eyni ssenari üzrə: vətəndaşların sosial yardımlarını mənimsəmək, dövlət sifarişlərini ailə şirkətlərinə yönəltmək və rüşvət alma kimi ittihamlarla vəzifələrindən azad edilərək həbs olundular.

İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyev 2018-ci ilin iyulunda korrupsiya ittihamı ilə işdən çıxarılıb.  O, rüşvət almaqda ittiham edilərək cinayət işi başladı və həbs edildi.


Korrupsiyaya qarşı mübarizədə ən çox xatırlanan həbslər yerli icra hakimiyyətlərinin rəhbər şəxslərinin saxlanması ilə bağlı olub. Bu əməliyyatların əksəriyyəti DTX tərəfindən icra edilib və yol verilən qanunazidd əməllərlə əlaqədar cinayət işləri açılıb.


2019-2021-ci illərdə DTX tərəfindən keçirilən əməliyyatlarda çoxlu sayda rayon və şəhər icra başçıları və digər vəzifəli şəxslər həbs edilib. Bunlar Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov, Yevlax şəhər icra hakimiyyətinin başçısı olmuş Qoca Səmədov,

Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev, bu rayonun icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, İmişli rayonunun icra başçısı Vilyam Hacıyev, Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun korrupsiya əməllərinə dair əsaslı şübhələr olduğundan saxlanılıblar.


Bu siyahıya Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, icra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovu əlavə etmək düzgün olardı. 


Korrupsiyaya qarşı mübarizə idarəsinin gördüyü tədbirlərlə korrupsiya hüquqpozmaları törədən Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər icra hakimiyyətinin memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayev, Gəncə şəhər icra hakimiyyətinin memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli də həbs ediliblər.

Azər Rəcəbov

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərovla qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Rəcəbov 10 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. Seymur Səfərova isə şərti cəza verilmişdi. 


Baş prokurorluğun araşdırması zamanı “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradov və ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun sədri Vüqar Səfərli həbs olunub.


Dövlət qurumları ilə bərabər özəl şirkətlərdə də korrupsiya əməlləri ifşa edilib. Bu baxımdan “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun həbsi önəmli hadisədir.

Ramin Şükürov


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayonu idarəsinin rəisi Ramin Şükürov da 2025-ci ildə korrupsiya cinayətlərinə görə 3 aylıq həbsə göndərildi. 


Digər korrupsiya halları ilə ifşa olunan məmurlar sırasında Gəncə Auditor təşkilatının keçmiş direktoru Natiq Məmmədov, Lənkəran şəhər baş memarı Elgün Abdullayev var. Eyni zamanda Şirvan, Ucar, Qazax, Şəki bələdiyyə və şöbə rəisləri Nazim Səfərov, Amil Aslanov, Asif Yusifov, Etibar Eyvazov və digərləri torpaq rüşvəti və sənədlərdə saxtakarlıqla əlaqədar həbs olunublar. 

Bundan əlavə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Yevlax rayon qeydiyyat şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəisi Elşən Quliyev rüşvət alarkən yaxalanıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin cinayət işi açılıb və o, 9 il müddətinə azadlıqdan məhrum olunub. 
Əlavə olaraq, Respublika Narkoloji Mərkəzinin rəhbərliyi Elşən Mustafayev və Zamin Əliyev 2024-cü ilin iyun ayında vəzifə səlahiyyətindən sui-istifadə və rüşvət alma ittihamı ilə saxlanılıblar. Cinayət işi ibtidai istintaqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Dövlət Gömrük Komitəsinin hava nəqliyyatında baş gömrük inspektoru Əfsər Mirzəliyev 2025-ci ilin aprelində 41 qızıl külçə ( ümumi dəyəri 461000 manatdır) qaçaqmalçılığına görə həbs olunub. İstintaq bitib, prosessual tədbir isə davam edir. 

Həmçinin, Azərbaycanda vəzifəsindən sui-istifadə edən “toxunulmaz” qadınlar qanunsuz əməllərə görə işindən uzaqlaşdırılıb. Qadın məmurların sayı az olsa da, bu hallar diqqətdən kənarda qalmayıb. 

İradə Gülməmmədova


Abşeronun sabiq icra başçısı İradə Gülməmmədova 19 yanvar 2022-ci ildə bu vəzifəsindən azad olunub. Xanım məmurun adı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatdan sonra rüşvət və korrupsiyada hallanırdı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və bir neçə vəzifəli şəxs həbs olundu. Bununla da İradə Gülməmmədova nəhayət 19 yanvar 2022-ci ildə bu vəzifəsindən uzaqlaşdırıldı. 

Nurlana Əliyeva

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Biləsuvar RİH-in sabiq müavini Xəyalə Qəmbərova və digərləri korrupsiya və ya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar işlərini itiriblər. Bəziləri hətta həbsə də məhkum olunub. 

Lalə Novruzova

Digər korrupsiya halı ilə həbs olunan qadın məmurlardan biri də Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sabiq direktor müavini Lalə Novruzovadır. Belə ki, o, 2022-ci ildə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə həbs olunub. Təqsirləndirilən şəxsdə 33 min manatadək pul aşkarlanıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq vəzifəli şəxsə 3 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.
İctimai rəyə təsir gücü olan digər fiqurlar – millət vəkilləri də bu prosesdən kənarda qalmayıb. Gülər Əhmədovanın videosu uzun illər medianın əsas müzakirə mövzusu oldu. Onun istintaqa cəlb olunması və deputatlıqdan məhrum edilməsi Azərbaycanın siyasi tarixində nadir hallardan biridir.


Korrupsiyanın kökünü kəsmək üçün yalnız hüquq-mühafizə tədbirləri kifayət deyil. Sistemli dəyişikliklər, hesabatlı büdcə siyasəti və ictimai nəzarət olmadan bu siyahının getdikcə uzanması qaçılmaz olacaq.

Bəsti Rəfizadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see271

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see256

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see250

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see250

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see245

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see243

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see241

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see233

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see228

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see227

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see222

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see214

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see213

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see212

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see203

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see201

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see198

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see188

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see164

Mənə soyuq dəyib Tibdə bu diaqnoz varmı?

24 İyun 2026 21:49see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri