Icma.az
close
up
RU
Nazim Müzəffərli rüşvət və korrupsiyadan danışdı: Dürüstlük səfehlik deyil!

Nazim Müzəffərli rüşvət və korrupsiyadan danışdı: Dürüstlük səfehlik deyil!

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi Elmi Seminar keçirilib. İnstitutun direktoru, prof. Nazim Müzəffərli Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə təsdiqlənmiş iş planının “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” bəndinin icrası ilə bağlı məruzə ilə çıxış edib.

     
Modern.az-ın məlumatına görə, seminara ölkənin aparıcı universitetlərinin və bir sıra dövlət qurumlarının nümayəndələri, o cümlədən İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, DOST agentliyinin, Auditorlar Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, UNEC-in, ADNSU-nun, Qarabağ Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Kooperasiya Universitetinin əməkdaşları da qatılıblar.


Nazim Müzəffərli qeyd edib ki, korrupsiya və rüşvətə qarşı mübarizə Azərbaycanda aktual mövzudur, ictimaiyyət onu ciddi problem sayır.
“Doğrudur, korrupsiya bütün ölkələrdə var, amma məsələ onun miqyasında, əhatə dərəcəsindədir. Korrupsiyanın mahiyyəti, növləri, xarakterik xüsusiyyətləri və hətta yaxşı cəhətləri barədə də danışan professor rüşvətin əsas mənfi nəticələrinə onun iqtisadi inkişafı, xüsusilə özəl bölməni “boğmağını”, maliyyə vəsaitlərinin xaricə axmağını, ölkəyə (qeyri-neft sektoruna) xarici sərmayə axınının zəifləməsini, ədalətsiz sosial qütbləşməni, ictimai dəyərlər sisteminin deformasiyaya uğramasını və s. aid etmiş, büdcə oğurluğunu (istər yığım, istərsə də xərclənmə mərhələlərində) korrupsiyanın ən eybəcər forması, yetim malı yemək kimi, dövlət vəsaiti hesabına yaşayan hər kəsin (əsgərin, alimin, müəllimin) cibinə girmək kimi səciyyələndirilmişdir”.

N.Müzəffərli rüşvəti növlər üzrə təsnifləşdirərək, kompensativ rüşvəti (bazarın verməli olub verə bilmədiyinin rüşvətlə alınmasını), klassik rüşvəti (göstərilən xidmət müqabilində alınan rüşvəti), şərikinə rüşvəti (göstərilən xidmət müqabilində təyin edilən faizi) və qolzoru rüşvəti (zorla «qoparılan» rüşvəti) fərqləndirib. Onun fikrincə, korrupsiya və rüşvətə qarşı effektiv mübarizə aparmaq üçün bunların “anatomiyasını” bilmək, elmi araşdırmalarla qiymətləndirmək lazımdır, çünki müxtəlif formalara qarşı aparılmalı olan mübarizənin metodları fərqlidir.

“Məsələn, kompensativ rüşvətə qarşı mübarizədə repressiv üsullar effektiv deyil, iqtisadi islahatlar daha əhəmiyyətlidir. Bu islahatlar ona hədəflənməlidir ki, getdikcə daha çox insanın gəliri bazar vasitəsilə müəyyənləşsin. Bunun üçünsə mümkün olan bütün sahələrdə özəlləşdirmə davam etdirilməli, özəl səhiyyə və özəl təhsil daha da inkişaf etdirilməlidir. Məmurların əmək haqqı tam formallaşdırılmalı, dövlət vəsaiti hesabına əmək haqqı alan insanların gəlirləri bazar tələblərinə yaxınlaşdırılmalıdır. “Kiçik hökumət» prinsipi daha ardıcıl və sürətlə tətbiq edilməlidir.
Klassik rüşvətə qarşı mübarizədə isə vətəndaşın (ilk növbədə sahibkarın) məmura ehtiyacının azaldılması, tənzimləmə qaydalarının sadələşdirilməsi, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi daha effektivdir”.


N.Müzəffərli korrupsiya və rüşvətə qarşı ictimai dözümsüzlük şəraitinin yaradılmasını bunların bütün formalarına qarşı mübarizənin universal üsulu kimi səciyyələndirərək qeyd edib r ki, Azərbaycan Prezidentinin korrupsiya və rüşvətə qarşı mübarizə ilə bağlı mövqeyi daha geniş və aktiv təbliğ olunmalı, bütün səviyyəli kadr təyinatlarında daha dəqiq nəzərə alınmalıdır.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb və suallar cavablandırılıb. Çıxış edənlər anti-korrupsiya tədbirləri, onun iqtisadi və hüquqi mexanizmləri barədə öz mülahizələrini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see213

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see205

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see162

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see153

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see149

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see143

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see136

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see130

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see128

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see126

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri