Korrupsiyanı xəbər verənlərin kimliyi gizli saxlanılacaq
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Korrupsiya barədə məlumat verən şəxs kimliyinin açıqlanmasını istəmədikdə onun haqqında məlumatların məxfiliyi təmin edilməlidir.
Modern.az xəbər verir ki, bu tələb Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan yeni qanun layihəsində nəzərdə tutulur.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” layihəyə görə, şəxs barədə məlumatın açıqlanması üçün onun yazılı razılığı tələb olunacaq.
Şəxsiyyəti müəyyənləşdirməyə imkan verən məlumatlar bu razılıq olmadan yalnız layihədə göstərilən səlahiyyətli subyektlərə və mükafatın rəsmiləşdirilməsi, ödənilməsi üzrə tədbirləri təmin edən şəxslərə verilə biləcək.
Həmin məlumatların araşdırmanın nəticəsində birbaşa və ya dolayı marağı olan şəxslərə verilməsi qadağan ediləcək.
Dövlət və bələdiyyə qurumları, layihədə göstərilən dövlət və bələdiyyə şirkətləri, publik hüquqi şəxslər, büdcə təşkilatları, həmçinin azı 50 işçisi olan digər hüquqi şəxslər məxfiliyi və anonimliyi təmin edən elektron kommunikasiya kanalı yaratmalı olacaqlar.
Bilərəkdən yalan və ya böhtan xarakterli məlumat verənlər üçün məxfiliyin qorunması təminatı nəzərdə tutulmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















