Icma.az
close
up
RU
Korrupsiyaya qarşı mübarizədə ortaq iradə və beynəlxalq həmrəylik böyük önəm daşıyır

Korrupsiyaya qarşı mübarizədə ortaq iradə və beynəlxalq həmrəylik böyük önəm daşıyır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində VI plenar iclası işini davam etdirir

Azərbaycanın paytaxtı Bakı son illər beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhər olaraq dünyanın diqqətini çəkməkdədir. Artıq 3-cü gündür ki, Bakıda işə başlayan BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində VI plenar iclası işə başlayıb. İclasda dünyanın 92 ölkəsindən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndə şəxsən, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edirdi. 

Dünən tədbirin geniş tərkibdə rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev qonaqları salamladıqdan dərhal sonra Prezident İlham Əliyevin “GlobE”nin VI Plenar İclasının iştirakçılarına müraciətini səsləndirdi. Müraciətdə deyilir: “Bu mühüm tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən yüksək etimadın və beynəlxalq aləmdə artan nüfuzumuzun bariz nümunəsidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən çoxsaylı peşəkarlarını bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin və beynəlxalq həmrəyliyin təcəssümüdür”. (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Prezident İlham Əliyev müraciətində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı illərdə törətdiyi qanlı cinayətləri və maddi resurslarımızı amansızcsına talamaqla təbiətə vurduğu külli miqdarda ziyanı da mərasim iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə və işğalına məruz qalmışdır. İşğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinə və insan haqlarına qarşı açıq hörmətsizlik nümunəsi idi. İşğal olunmuş ərazilərdə illər ərzində resurslarımızın qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür”.

Prezident müraciətdə korrupsiya cinayətlərinin artan təhdidlərinə qarşı ölkədə görülən tədbirləri diqqətə çatdıraraq yazır: “...Süni intellekt, rəqəmsal maliyyə sistemləri və kiber mühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir”.

Dövlət başçısının müraciəti alqışlarla qarşılandı. Sonra iclasa sədrlik edən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricitte Strobel-Şav söz aldı. Sədr vurğuladı ki, bu gün buradan korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi vurğulayırıq. Korrupsiya sərhəd tanımır, qanunvericiliyin boşluqlarında gizlənir. 

Bricitte Strobel-Şav qeyd etdi ki, korrupsiyanın qarşısını almaq üçün əməkdaşlıq ən güclü vasitədir: "Bu səbəblə korrupsiyanın qarşısını almaq üçün hər bir şeyi etməliyik. Bizim bu sessiyalar zamanı bilikləri bölüşmək imkanımız yaranacaq. Burada, həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir".

Tədbirin gündəliyini açıqlayan xanım Bricitte bildirdi ki, əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər altmövzular üzrə panel iclaslarında, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.

Həmçinin plenar iclası çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29-a sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlərin də keçiriləcəyi açıqlandı.

Ev sahibi kimi çıxış üçün tribunaya dəvət olunan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tədbirin Bakıda keçirilməsinin Azərbaycana olan etimadın xüsusi nişanəsi olduğunu vurğulayaraq dedi: “Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş ölkəmizdə, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksəksəviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub. Azərbaycan “GlobE” Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir”.

Baş prokuror bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olduğunu da xüsusi qeyd edib. “Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk. Dünya miqyasında sərhəd tanımayan korrupsiyaya qarşı mübarizə birgə, əlaqələndirilmiş və qətiyyətli yanaşma tələb edən mürəkkəb, lakin zəruri bir çağırış olaraq qalır. Bugünkü plenar sessiya bu qlobal iradənin təzahürüdür”.

Kamran Əliyev vurğuladı ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. “Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir. ­Prezident İlham Əliyevin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir. Dövlət başçısının siyasi iradəsi, konkret hədəfləri və prinsipial mövqeyi bu sahədə əldə etdiyimiz nəticələrin əsas təməlini təşkil edir”.

Baş prokuror xatırladıb ki, ölkəmizdə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” modeli vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi, korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir”.

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” bugünkü plenar sessiyanın indiki zamanda böyük əhəmiyyət kəsb etdiyini vurğulayan baş prokuror çıxışını bu sözlərlə bitirdi: “Biz birgə səylərlə daha şəffaf, daha dürüst və sabaha inamla baxan bir dünya qurmağa çalışırıq. Gələcək nəsillərə ədalətli cəmiyyət və aydın sabahlar miras qoymaq üçün bu mübarizədə bir addım da irəli getməliyik”.

Günün ikinci yarısında müxtəlif hüquqi mövzularda müzakirələr panel iclaslarında davam etdirildi. 

Qarşıdakı iki gündə “GlobE”nin VI Bakı Plenar İclasının davamı kimi çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması da planlaşdırılır.

Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.

İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see149

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see126

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see126

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see125

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri