Icma.az
close
up
RU
Kosmosda 3D bioprintinq tibbdə yeni üfüqlər açır

Kosmosda 3D bioprintinq tibbdə yeni üfüqlər açır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı səhiyyə sahəsində də mühüm yeniliklərin meydana çıxmasına şərait yaradır. Son günlər dünya elmi ictimaiyyətinin diqqətini cəlb edən mühüm nailiyyətlərdən biri kosmos şəraitində canlı toxumaların üçölçülü bioprintinq üsulu ilə hazırlanması istiqamətində əldə edilən uğurlardır. Mütəxəssislər bu texnologiyanın gələcəkdə transplantologiya və regenerativ tibbdə əhəmiyyətli dönüş yaradacağını bildirirlər.

Bu barədə "Space.com" elmi-kosmik nəşrində dərc olunub.

Məlumata görə, ABŞ-nin "Auksilium Biotexnologiyaları" şirkəti tərəfindən hazırlanmış orbital bioprinter vasitəsilə Beynəlxalq Kosmik Stansiyada ilk dəfə olaraq böyrək və qaraciyər toxumalarının mikroqravitasiya şəraitində hazırlanması üzrə uğurlu təcrübələr aparılıb. Layihə çərçivəsində qığırdaq toxumaları və sinir toxumasının bərpasına xidmət edən bioloji implant nümunələri də hazırlanıb.

Alimlər bildirirlər ki, Yer cazibəsinin təsiri olmayan kosmik mühitdə hüceyrələr daha təbii şəkildə birləşir və üçölçülü toxuma strukturları daha sabit formalaşır. Bu isə gələcəkdə transplantasiya üçün süni toxuma və orqanların hazırlanması istiqamətində mühüm elmi üstünlüklər yarada bilər.

Tədqiqatlarda ABŞ-nin Ueyk Forest Regenerativ Tibb İnstitutu tərəfindən hazırlanmış hüceyrə modellərindən istifadə olunub. Hazırlanan bioloji nümunələr sonradan "Speys Eks" şirkətinin "Draqon" kosmik gəmisi vasitəsilə Yerə çatdırılaraq laboratoriya şəraitində geniş elmi analizlərə cəlb edilib. İlkin nəticələr göstərir ki, mikroqravitasiya şəraitində yetişdirilən toxumalarda hüceyrələrin yerləşməsi daha bərabər olub və onların struktur keyfiyyəti Yer şəraitində hazırlanan analoji nümunələrlə müqayisədə daha yüksək qiymətləndirilib.

Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə donor orqan çatışmazlığının aradan qaldırılmasına, fərdiləşdirilmiş müalicə metodlarının inkişafına və ağır xəstəliklərin müalicəsində yeni imkanların yaranmasına əhəmiyyətli töhfə verə bilər. Xüsusilə böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkən milyonlarla xəstə üçün bu istiqamətdə aparılan tədqiqatlar böyük ümid vəd edir.

Son illər süni intellekt, biotexnologiya və kosmik texnologiyaların vəhdəti tibb elmini keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarır. Alimlər hesab edirlər ki, yaxın gələcəkdə laboratoriya şəraitində insan toxuma və orqanlarının hazırlanması artıq nəzəri ideya deyil, praktik reallığa çevrilə bilər. Bu isə transplantasiya gözləyən xəstələrin sayının azalmasına, müalicənin səmərəliliyinin yüksəlməsinə və səhiyyə sistemində yeni imkanların formalaşmasına şərait yaradacaq.

Elm və texnologiyanın bu cür nailiyyətləri göstərir ki, gələcəyin tibbi innovativ biotexnologiyalar, kosmik tədqiqatlar və yüksək dəqiqlikli mühəndislik həlləri üzərində qurulacaq. İnsan sağlamlığının qorunmasına xidmət edən bu kimi yeniliklər bəşəriyyətin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım hesab olunur.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Avqust 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri