Icma.az
close
up
RU
“Bu, tamamilə yeni üfüqlər yaradır”

“Bu, tamamilə yeni üfüqlər yaradır”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti Çin mediasına verdiyi müsahibəsində bir sıra mühüm məsələlərə toxundu. Bunların hər biri gələcək inkişafımız və Azərbaycan-Çin münasibətləri baxımından strateji xarakter daşıyır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat əlavə edib ki, bir ucu Çində, bir ucu Avropada olan birbaşa enerji və nəqliyyat kommunikasiyasının tamamlanması əsrin möcüzəsi adlandırıla bilər: “Hətta bu, çinli jurnalisti belə heyrətləndirdi ki, Azərbaycan öz enerji vasitələrini Orta Asiya və Qazaxıstanla əlaqələndirdikdən sonra birbaşa bu əlaqələr Çin enerji sektoruna da inteqrasiya olunacaq. Yəni bu, tamamilə yeni üfüqlər yaradır. Nəzərə almaq lazımdır ki, XXI əsr yaşıl enerji əsri kim səciyyələndirilir və belə olan halda bu kommunikasiyaların nə qədər əhəmiyyətli olması bir daha ortaya çıxmış olur”.

H.Babaoğlunun sözlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, bu gün Orta Asiya və Çin arasında yeni nəqliyyat kommunikasiyaları yaradılır: “Məsələn, bu günlərdə Çindən Əfqanıstana, oradan isə Özbəkistana qədər uzanacaq dəmir yolunun Çin Əfqanıstan hissəsi tamamlandı və ilk qatarlar keçdi. Bənzər proses artıq Qırğızıstanla da baş tutub. Çindən Qırğızıstana çəkilən dəmir yolu xətti artıq fəaliyyətə başlayıb. Belə olan halda Zəngəzur dəhlizindən də dəmir yol xəttinin və kommukinasiyaların bərpası artıq maneəsiz olaraq Çindən Avropaya gedən ən təhlükəsiz, optimal və ən qısa yolu təmin etmiş olur. Ona görə, əlbəttə ki, Çin və Azərbaycan arasındakı münasibətlər bütün prosesdə təyinedicidir. Yəni mənbə ölkə Çin, başqa bir tərəf də Avropadır, Azərbaycan isə orta xətt üzərində önəmli məntəqədir. Ona görə də mən düşünürəm ki, əslində biz gələcəyin layihələrindən və yeni gələcək nəslə miras qalacaq strateji addımlardan danışırıq və bu isə heç şübhəsiz ki, çox mühüm əhəmiyyət daşıyır”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri