Icma.az
close
up
RU
Kosovo ilə oyunöncəsi heyət seçimində Montellaya təzyiq edilir?

Kosovo ilə oyunöncəsi heyət seçimində Montellaya təzyiq edilir?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə yığmasında son dönəmlərin ən mühüm oyunlarından birinə hazırlıq prosesi tam sürətlə davam edir.

Qardaş ölkənin komandası artıq sabah Priştinada Bakı vaxtı ilə saat 22.45-də başlayacaq oyunda Kosovo ilə gücünü sınayacaq. Bu oyunun qalibi dünya çempionatına vəsiqə qazanacaq.
Vinçentso Montellanın başçılığı altında dünənki məşqdə komanda əsasən bir neçə taktika üzərində çalışdı. Rumıniya ilə oyunu zədə üzündən buraxmalı olan Merih Dəmiral dünən komandadan ayrı məşq etməli oldu. O, fərdi məşq edən yeganə futbolçu oldu.
Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, Montellanın üzərində bəzi futbolçuların Kosovo ilə matçda start heyətində oynadılmaması baxımından ciddi təzyiq qurulur. Söhbət Samet Akaydın, Barış Alpər Yılmaz və Kərəm Aktürkoğludan gedir. Barışla Kərəm Rumıniya ilə oyunda zəif təsir bağışlayaraq sosial şəbəkələrdə ciddi tənqid atəşinə tutulmuşdular. Montellanın sevimlisi olan mərkəz müdafiəçisi Samet isə rumınlarla oyunda pis təsir bağışlamasa da, futbol ictimaiyyətində ''saatlı bomba'' kimi ad çıxarıb. Yəni hər an çox kobud səhvə yol verə və komandaya qənim kəsilə bilər. Ancaq Türkiyə Futbol Federasiyası italiyalı məşqçinin arxasındadı və heyət seçimində ona tam sərbəstlik verib.
Merih Dəmiral tam sağalacağı təqdirdə böyük ehtimalla Sametin yerinə o oynayacaq. Yaxşı formada olan Ozan Kabakın da oynamaq şansı var. Sağ vinger mövqeyində Yunus Akgünün oynamaq ehtimalı yüksəkdi. Bundan başqa Montellanın bu dəfə İsmayıl Yüksəkin yerinə Orkun Kökçüyə şans verəcəyi gözlənilir. Türkiyənin bu gün ilk 15 dəqiqəsi mətbuata açıq olan daha bir məşqi nəzərdə tutulub.
Komanda yerli vaxtla saat 16.30-da özəl təyyarə ilə İstanbuldan Priştinaya yola düşəcək. Saat 19.00-da türkiyəli futbolçular matçın oynanılacağı ''Fadil Vokrri'' stadionunda qısa bir yürüş həyata keçirəcək. Saat 19.15-də isə Montellanın oyunöncəsi mətbuat konfransı nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Mart 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri