Liviya Ukraynadan təzminat tələb edəcək
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Liviyanın şərqində fəaliyyət göstərən hökumət Benqazi limanına edilən hücumla əlaqədar Ukraynadan təzminat tələb edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən hökumətin xarici işlər naziri Əbdülhadi əl-Hüveyc RİA “Novosti”yə açıqlamasında bildirib.
“Liviya hökuməti bu hücumlar nəticəsində dəymiş ziyana görə təzminat tələb etmək üçün tam qanuni hüquqa malik olduğunu təsdiqləyib. Təzminat tələbi həm insan itkilərini, həm də infrastruktura dəymiş maddi ziyanı əhatə etməlidir”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Rusiya mətbuatının məlumatına görə, noyabrın 22-də Ukrayna Benqazi limanına PUA-larla hücum edib. Hücumun hədəfinin limanda yerləşən Rusiyaya məxsus “Merkuri” korveti olduğu bildirilib.
Hadisə İtaliyada da qalmaqala səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə söhbətində Kiyevin Benqazi limanına hücumu xarici tərəfdaşları ilə razılaşdırmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 Noyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















